Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Üzüm bəhməzinin bilinməyən faydaları

Üzüm bəhməzinin bilinməyən faydaları
Sakura

Üzüm bəhməzinin bilinməyən faydaları

Üzüm bəhməzinin 200 qramı orqanizmin kalori ehtiyacını aradan qaldırır.

Üzüm bəhməzinin 200 qramı orqanizmin kalori ehtiyacını aradan qaldırır. 200 qram bəhməz 1150 qram süd, 350 qram qırmızı ət və 300 qram çörəyə bərabər kaloriyə sahibdir. olkə.az xeber verir ki bəhməzin bu günə qədər bir çoxları tərəfindən bilinməyən faydalarını təqdim edir..

Dəmir mənbəyi

Üzüm bəhməzi dəmir mənbəyidir. Bu səbəbdən menstruasiya vaxtı qan itirən və paralel olaraq dəmir itirən qadınlar üçün faydalıdır. Yağsız və çox az kalorisi olmayan qırmızı ət kimi digər yağlı qidalara nisbətən bəhməz orqanizmə daha çox dəmir "qazandırır".

Maqnezium

Üzüm bəhməzi maqnezium mənbəyidir. Maqnezium sinir sisteminin fəaliyyətinə, qan laxtalanmasının qarşısını almağa, proetinlərdən və karbon hidratlardan enerji istehsal etməyə çox faydalıdır. Maqnezium çatışmazlığı sonsuzluğa, ümumi yorğunluğa və zəif sümüklərə səbəb ola bilər. Bundan başqa bəhməz cinsi gücü artırır.

Potasium

Üzüm bəhməzinin tərkibində hüceyrələrin normal fəaliyyəti üçün lazım olan əsas mineral sayılan potasim var. Orqanizmin istilik itirməsinin qarşısını alır. Potasium eyni zamanda sinir və əzələ gərilməsində önəmli rola sahibdir və ürək sağlamlığının qorunmasına kömək edir.

Baş ağrısı və yorğunluq

Üzüm bəhməzinin tərkibində B6 vitamini və pantotenik turşu var. Bu vitaminlərin çatışmazlığı baş ağrısı, astma, yorğunluq və stresə səbəb olur. Gündə bir qaşıq üzüm bəhməzi yemək lazım olan vitamin və mineralları təmin etməyə kömək edir, ümumi sağlamlığı qoruyur.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR