Üzgüçümüz Olimpiadaya vəsiqə qazandı
Oxu.Az-ın xəbərinə görə, ukraynalı legionerimiz 400 metr məsafəyə qarışıq üsulla üzmədə finala yüksəlib.
O, final mərhələsində 4:14.10 nəticə ilə VI olub. Bununla da 26 yaşlı idmançı Azərbaycan üzgüçülük tarixində dünya çempionatında ən yaxşı nəticəni göstərib.
Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında dörd qızıl medal qazanması ilə tanınan Şemberev bu nəticə ilə Olimpiadaya A lisenziyası qazanıb və bununla da Tokioda birbaşa iştirak hüququ əldə edib.
Qeyd edək ki, yeniyetmələr arasında qitə çempionu olmuş Maksim Şemberev 2016, 2017 və 2018-ci illərdə keçirilmiş böyüklərin Avropa çempionatlarında Azərbaycanı təmsil edib.
Lakin bu, onun ölkəmiz adından çıxış etdiyi ilk dünya birinciliyi idi.
Səbuhi Musayev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət