Slimfit
  1. ƏDƏBİYYAT

Üzeyir Hacıbəyov - Koroğlu/İkinci pərdə

Üzeyir Hacıbəyov - Koroğlu/İkinci pərdə
Sakura

Üzeyir Hacıbəyov - Koroğlu/İkinci pərdə

H ә s ә n x a n--
 
Bu inqilab törәdәni
Asardım mәn öz әlim ilәn.
Ehsan paşa ilә barışmaq gәrәk,
İttifaqa girib, çalışmaq gәrәk.
 
P o l a d--
     
Ehsan paşa gәlir, yarı yoldadır.
 
H ә s ә n x a n--
 
Tәdarük görün, tez qabağa çıxın.
Mina ibriqlәrә şәrab doldurun,
Mina ibriqlәrә şәrab doldurun,
Şәrab, şәrab, şәrab, şәrab, şәrab, şәrab!...
Payәndaz döşәyin o gәlәn yola,
Bәzәnsin qadınlar, salsın qol-qola,
Geysin rәqqasәlәr tәzә paltarın,
Paşaya göstәrin ölkәnin varın.
Bütün adamları çağır, ver xәbәr,
Onu aldadalım bәlkә bir tәhәr.
Doğrudur, düşmәnik, neylәyim fәqәt,
İndi sülhә girmәk eyni mәslәhәt, eyni mәslәhәt, eyni mәslәhәt. (2 dәfә)
Gәrәk axır qoyam bu üsyanlara,
Hәr gün bir müsibәt doğur xanlara.
Mina ibriqlәrә şәrab doldurun,
Mina ibriqlәrә şәrab doldurun, şәrab doldurun,
Şәrab doldurun, şәrab, şәrab, şәrab,
Şәrab, şәrab, şәrab!...
Payәndaz döşәyin o gәlәn yola,
Bәzәnsin qadınlar, salsın qol-qola,
Geysin rәqqasәlәr tәzә paltarın,
Paşaya göstәrin ölkәnin varın.
 
P o l a d--
 
Ehsan paşa gәlir, әmriniz nәdir?
 
H ә s ә n x a n--
 
Böyük ehtiramla qonağı gәtir.
 
X o r--
 
Bizә xoş gәldin, paşa!
Dünya durduqca yaşa!
Uzun illәr sür dövran,
Belә sür dövran.Sәfa gәldin sәn bizim ölkәyә,
Sür belә bir dövran.
 
H ә s ә n x a n--
 
Çox sәfa gәlmisәn, Ehsan paşa hәzrәti,
Mәn tәqdir edәrәm böylә hörmәti.
 
E h s a n p a ş a--
 
Mәhrәbalar sәnә, mәhәbbәtli xan,
Mәhәbbәt sәnә bәslәrәm hәr zaman.
 
H ә s ә n x a n--
 
Bizim dostluğumuz olduqca saf.
 
E h s a n p a ş a--
     
Olduqca saf.
 
H ә s ә n x a n--
     
Yoxdur aramızda heç bir ixtilaf.
 
E h s a n p a ş a--
 
Heç bir ixtilaf.
Olmasın yerindәn bir-iki kәndim.
 
H ә s ә n x a n--
     
Rәiyyәt dinc olsun.
 
E h s a n p a ş a--
     
Bu sözü bәyәndim.
 
H ә s ә n x a n--
 
Bu sözü bәyәndim.
 
H ә s ә n x a n v ә E h s a n p a ş a--
 
Bu sözü bәyәndim.
Onu aldadalım bәlkә bir tәhәr.
Doğrudur, düşmәnik, neylәyim fәqәt,
İndi sülhә girmәk eyni mәslәhәt,
Eyni mәslәhәt, eyni mәslәhәt.
 
H ә s ә n x a n--
    
İçәk badәni bu şәrәflәrә.
 
X o r--
    
İçәk badәni bu şәrәflәrә.
 
H ә s ә n x a n--
 
Gәlsin rәqqasәlәr,
Gәlsin rәqqasәlәr, çalsın, oynasın. 
 
R ә q s
 
H ә s ә n x a n--
 
Әmr edin, tәlxәk gәlsin,
Bizi guldursun, ha, ha, ha, ha!...
 
Q o ş u n l a r içәri daxil olurlar.
 
X o r (qoşunlar)--
 
Xan cәnabları, xan cәnabları!
Koroğlu, Koroğlu, Koroğlu.
Vergi yığdıq kәndlilәrdәn,
Getdi aldı Koroğlu,
Vurdu, döydü, yıxdı, әzdi,
Zәrbә çaldı Koroğlu.
Dörd beşillik vergilәri
Güclә, zorla döydük, aldıq,
Cәza verdik, dama saldıq,
Başlar yardıq, nә var aldıq:
Çox qızıllar, çox gümüşlәr,
Çox cәvahir talan oldu,
Viran oldu, bada getdi,
Bada getdi, bada getdi,
Hәr nә vardı, xandan ötrü
Hәdyә, sovqat bada getdi,
Hәmlә etdi, zәrbә çaldı,
Qoşunlara Koroğlu,
Әzdi, tökdü, yaman günә
Saldı bizi Koroğlu.
Qırdı bizi, lüt eylәdi,
Yamanca şil-küt eylәdi,
Bir әlac edin bu dәrdә,
Qalmışıq belә, әlac edin,
Әlac edin, әlac edin,
Әlac edin, әlac edin!
 
H ә s ә n x a n--
     
Daha bәsdir!
 
T ә l x ә k--
     
Kimdir mәni çağıran?
 
H ә s ә n x a n--
 
Kor oğlu!
Kor oğlunun çıxışları qәti tәdbir istәr,
 
E h s a n p a ş a--
      
Kor oğlunun çıxışları qәti tәdbir istәr.
 
H ә s ә n x a n v ә E h s a n p a ş a--
     
Әlac, әlac!...
H ә s ә n x a n--
 
Çıxın gedin, çıxın gedin,
Qalsın bәylәr, әyanlar.
Mәsәlә olduqca çәtin mәsәlә,
Ölkәni quldur, qaçaq almış әlә,
Koroğludur başçıları onların,
Qorxusu yox xandan o mәlunların.
Yığmışdır başına quldurdan, oğrudan;
Qorxunc bir tәhlükә olmuşdur doğrudan.
Tezliklә biz gәrәk, bir çarә eylәyәk.
Koroğlunu öldürmәk, mәhv etdirmәk!...
 
E h s a n p a ş a--
 
Göndәrәk Koroğlunu tutmaq üçün min nәfәr.
O mәlunu tutub gәtirsin, müxtәsәr.
 
B i r i n c i ә y a n--
 
Lazım olmaz min nәfәr,
Beş yüz kifayәt edәr.
Mәncә beş yüz olsa da,
Bәs min nәfәrә, bәs.
 
İ k i n c i ә y a n--
 
Burda müşkül bir iş yox,
Gәrәk Koroğlunu mәhv edәk.
 
T ә l x ә k (gülür)--
     
Ha, ha, ha!...
 
H ә s ә n x a n--
     
Tәlxәk!
 
E h s a n p a ş a--
 
Ehtiyatla iş görmәk gәrәk,
Güclü qoşun göndәrәk.
Koroğlunu mәhv etmәk, öldürmәk.
 
İ b r a h i m x a n--
 
Sәrkәrdәlәr getsin,
Onu mәhv elәsinlәr.
Bu xalqa dәrs olsun.
Düşmәnә bir zәrbә çalsın,
Bir әsәr qalmasın.
 
B i r i n c i ә y a n--
 
Sürәtlә getmәk, tutmaq onu,
Tutub mәhv etmәk.
 
H a m ı--
 
Sürәtlә onu öldürmәk,
Mәhv etmәk, mәhv etmәk, öldürmәk.
              
(Tәlxәk gülür.)
 
H ә s ә n x a n--
 
Tәlxәk, bu nә gülmәkdir,
Bu nә istehza?!
 
H a m ı--
 
De görәk sәn bir!
 
Tә l x ә k--
 
Axı necә mәn gülmәyim
Bu cür axmaq sözlәrә;
Dәli edib Koroğlu,
Salıb sizi düzlәrә.
Koroğlunun üstünә
Göndәrirsiz min әsgәr,
Amma onu tutmağa
Kifayәtdir bir nәfәr.
 
H a m ı--
 
Bir nәfәr?
 
T ә l x ә k--
 
Bir nәfәr!
 
I.Koroğlunun bir atı var, (2 dәfә)
Qırat deyәrlәr adına. (2 dәfә)
Qırat yaman gündә yetәr (2 dәfә)
Koroğlunun imdadına. (2 dәfә)
Koroglunun imdad?na, hey!...
Koroğlunun imdadına. (2 dәfә)
 
II.Bir nәfәr igid gәrәk, (2 dәfә)
Atın oğurlasın onun. (2 dәfә)
Bu kәlәk yaxşı kәlәk. (2 dәfә)
Afәrin ustadına! (2 dәfә)
Afәrin ustad?na, hey!...
Afәrin ustadına! (2 dәfә)
 
III. Bura gәlcәk tutun onu, (2 dәfә)
Bağlayın әl-ayağın. (2 dәfә)
Bu kәlәk yaxşı kәlәk.
Afәrin ustadına! (2 dәfә)
Afәrin ustad?na, hey!...
Afәrin ustadına! (2 dәfә)
 
E h s a n p a ş a--
 
Tәlxәkdә ki, yox hәya üzündә,
Lakin çox ağıllıdır sözündә;
Tәk bircә nәfәr gedәrsә, bәsdir,
Qırat gәtirilsә, cәng әbәsdir.
 
B i r i n c i ә y a n--
 
Çox doğru danışdı burda tәlxәk,
At gәlsә, gәlәr Koroğlu bişәk.
 
İ k i n c i ә y a n--
 
Atsız yaşamaz Koroğlu bir an,
Dönmәz o yәqin ki, Qıratından.
 
H ә s ә n x a n--
 
Hәr kimsә Koroğlu sәngәrindәn
Qıratı tutub gәtirsә,
Mәndәn әnam alacaq, böyük bir әnam.
Kimdir, kimdir bu işә verәn sәrәncam?
 
H ә m z ә b ә y--
 
Bir şәrt ilә mәn gedib gәtirrәm.
 
H ə s ə n x a n-
 
Qәlbin nәyi istәyirsә verrәm.
 
H ә m z ә b ә y--
 
Hәr әmrin olursa hazıram mәn,
Qorxmam, gedәrәm, Nigarı versәn.
Müddәtdir mәn aşiqәm Nigarә,
Mәn tapmamışam bu dәrdә çarә,
Hәr әmrin olursa hazıram mәn,
Qırat gәlәcәk, Nigarı versәn.
 
H ә s ә n x a n--
 
Verdim, sözüm üstә durmuşam mәn,
Toy başlanacaq Qırat gәlirkәn.
Çağırın Nigarı! Möhtәrәm paşa,
İndi siz bir baxın o göz, o qaşa.
 
E h s a n p a ş a--
 
Bәh, bәh, üzündә var bahar, bu qızın;
Yolunda can qoymaq yarar bu qızın. Bәh, bәh!...
 
H ə s ə n x a n--
 
Hәmzә bәy özü bir böyük qәhrәman,
Qıratın dalınca gedir sabahdan.
O sәni istәyir, mәn dә razıyam,
Qıratı gәtirsә, iş olsun tamam.
Mәrhәmәtli paşa, buyurun gedәk,
Dostluğumuz üçün kәsәk duz-çörәk.
 
N i g a r--
 
Polad, Eyvazı tap, gәtir, amandır!
Tez ol!
 
P o l a d--
     
Bu saat.
 
N i g a r--
 
Tez ol! Әhvalım yamandır.
Mәn iztirab içindәyәm. (2 dәfә)
Nәdir bu dәrd, nәdir bu qәm?
Gәrәk kәsәk o әllәri....
Bu hәyasız, bu hәyasız xanlardan bir gün
Azad ola insan, insan, insan!
 
N i g a r ı n a r i y a s ı--
 
Hanı o günlәrim,
Sәfalı dәmlәrim?
Yazıq Nigar, yazıq Nigar,
Bütün bahar әsir ikәn bu evdә sәn,
Nә sevgi var, nә yar.
Yox ahuzarımı eşitdirәn yara,
Keçirdiyim hәyat geçәm kimi qara;
Dedim gәlәr bahar,
Olar yanımda yar,
O yarımdan mәni ayırdı ruzigar.
Qәfәsdәdir Nigar,
Qәfәsdәdir Nigar,
Nә bir nәfәr kömәk verәn,
Nә dindirәn, nә rәhm edәn,
Mәnә. Bu eşq, bu mәhәbbәt,
Әsiri-dami-zülmәt;
Bu dәrdü qәm, bu möhnәt,
Bu ayrılıq, bu firqәt,
Bütün düşüncә, hәsrәt,
Yazıq Nigara qismәt!
Eyvaz çıxır.
 
N i g a r--
 
Eyvaz, amandır,
Eyvaz durma, get Rövşәnin yanına,
Dayanmadan gedib, xәbәr ver ona,
Keçәl Hәmzә gәlir Qır atı çalsın,
Әvәzindә xandan Nigarı alsın.
 
E y v a z--
 
Hәmin saat yola düşüm,
Qanad açıb uçum, gedim.
 
N i g a r, P o l a d, E y v a z--
 
Zәfәr bizim, zәfәr bizim olsun, olsun!...
 
PӘRDӘ

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR