Slimfit
  1. ƏDƏBİYYAT

Üzeyir Hacıbəyov - Əsli və Kərəm/Üçüncü pərdə

Üzeyir Hacıbəyov - Əsli və Kərəm/Üçüncü pərdə
Sakura

Üzeyir Hacıbəyov - Əsli və Kərəm/Üçüncü pərdə

Bir ç ö l d ә vaqe olur, çöldә ora-bura yollar vardır. Sol tәrәfdә meşәdir, sağ tәrәf dağlıqdır. Sәhnәdә K ә r ә m ilә S o f i dayanıbdır. Musiqi çalır.
 
K ә r ә m (üzünü yollara tutub deyir)--
 
Әyri-üyrü gedәn yollar,
Yollar, xan Әslimi gördünmü?
Düşmüşәm yarın izinә,
İzlәr, xan Әslimi gördünmü?
 
Әyninә geyibdir saya,
Yanında var cüftә taya,
Sәnә deyirәm, sarı qaya!
Qaya, xan Әslimi gördünmü?
 
Bir dәstә yol ötәn gәlib keçirkәn bunları görüb dayanır.
 
K ә r ә m--
 
Düşmüşәm yarın izinә,
Qurban olum onun qara gözünә;
Çıxmışam mәn çöllәrin düzünә,
Düzlәr, xan Әslimi gördünmü?
 
Y o l ö t ә n l ә r (tәsnif--tar)--
 
Nә gәzirsәn burada, 
Nәdir, nәdir, nәdirsiz? (2 dәfә)
Nәrәyәdir sәfәriz,
Gedir, gedir, gedirsiz?
Gedir, gedir, gedirsiz?
Sәbәb nәdir bu ahә, (2 dәfә)
Edir, edir, edirsiz?
Nәrәyәdir sәfәriz,
Gedir, gedir, gedirsiz?
Gedir, gedir, gedirsiz?
  
S o f i--Ay qardaşlar, bu oğlan haqq aşiqi Kәrәmdir. Neçә zamandır keşiş qızı Әsli xana aşiqdir, amma keşiş öz qızını götürüb qaçıbdır, indi bu da yarın axtara-axtara neçә-neçә vilayәtlәr
keçib gәlib bu yerә çatıbdır. Hәrgah siz dә keşişin qaçmağını bilirsinizsә, bizә xәbәr veriniz gedәk.
Y o l ö t ә n l ә r d ә n b i r i--Ey aşiq! Sәnin yarının haraya qaçdığını bilirik. Hәrgah bizim üçün bir türkü oxusan xәbәr verәrik.
 
K ә r ә m sazını әlinә alır vә yol ötәnlәr oturub qulaq asırlar.
 
(M u s i q i)
 
K ә r ә m--
 
Hey ... ağalar, yarımı qaçırdım,
Bәylәr, xan Әslimi gördünmü?
Bülbülü şaxdan uçurdum,
Bәylәr, xan Әslimi gördünmü?
 
(M u s i q i)
 
Әsli huridir bilәnә,
Qoynu cәnnәtdir girәnә.
Ceyrana bәnzәr ceyrana.
Bәylәr, xan Әslimi gördünmü?
 
(M u s i q i)
 
Obaları oymaq-oymaq,
Olmaz imiş yardan doymaq.
Ağzı sud, dodağı qaymaq,
Bәylәr, xan Әslimi gördünmü?
 
(M u s i q i)
 
Mәn Kәrәmәm, düşüb çölә gәzәrәm,
Yarımı tapsam, üst-başını bәzәrәm,
Min cür cәfa etsә, mininә dözәrәm,
Bәylәr, xan Әslimi gordunmu, hey?!...
 
O n l a r--Doğrudan da ki, sәn haqq aşiqi imişsәn. Ey aşiq, sәnin yarın atası ilә bәrabәr buradan keçib, Hәlәb şәhәrinә qaçıbdır. Onu orada taparsan, amma, ey aşiq, sәn gәl burax Әslini,
qal bizim ellәrdә.
O b i r i--Ol bizim әhlimizdәn.
D i g ә r i--Bizdә Әslidәn gözәl qızlar vardır.
B i r a y r ı s ı--O qızlardan birini al.
H a m ı s ı--Gәl, gәl aşiq, bizdә qal.
K ә r ә m (baş bulayır)--Ay qardaşlar! Mәn İsfahan padşahının oğluyam, hәrgah bir yerdә qalıb rahat ola bilsә idim, padşah sarayında qalıb, şahlıq edәrdim. Mәn haqq aşiqiyәm, yarımdan
әl çәkә bilmәrәm.
 
Bu halda bir dәstә q ı z gәlir, qızlardan biri oynayıb qalanları oxuyurlar.
 
(M u s i q i)
           
Q ı z l a r--
 
Güli-sünbüllәr açılıb bağda,
Açılıb bağda güli-sünbüllәr.
Hamı bülbüllәr oxuyur tarda,
Oxuyur tağda hamı bülbüllәr. (2 dәfә)
 
(O y u n, m u s i q i).
 
Düzülün, qızlar, әl-әlә verin,
Әl-әlә verin, düzülün, qızlar!
Görәsiz, qızlar, neçә bayramlar,
Neçә bayramlar görәsiz, qızlar! (2 dәfә)
 
O ğ l a n l a r v ә q ı z l a r--
 
Yığışın, qızlar, hәmi oğlanlar,
Gülüşüb danışaq,
Görüşәk danışaq.
Gülә bәnzәrsiz hәrәniz, qızlar,
Sizә aşiqdir hamı oğlanlar! (2 dәfә)
 
(O y u n, m u s i q i)
 
K ә r ә m--
 
Xuraman-xuraman gәlin-qızlar,
Xan Әslimi sizdәn görәn oldumu?
Küsmüşәm atadan, anadan, eldәn,
Mәni salıb Әsli xanım dildәn;
Bir dayanın, sorayım sizdәn,
Xan Әslimi sizdәn görәn oldumu?
 
(M u s i q i)
 
Mәnim yurdum dağlar ilә daş olub,
Mәhәbbәt sirri hәr kәsә faş olub,
Ağlamaqdan yerim-yurdum yaş olub,
Xan Әslimi sizdәn görәn oldumu?
 
(M u s i q i)
 
Ah edәyim, könül, sәnin әlindәn,
Qaldıq bir әcayib zarın içindә.
Nәyә ağlayım, nәyә gülәyim?
Qönçә gülüm qaldı xarın içindә.
 
(M u s i q i)
 
Dәrdli Kәrәm deyir: vәtәnim yox mәnim,
Heç kimsә yoxdur sora әhvalım.
Yardan ayrılalı büküldü belim,
Qaldıq namus ilә arın içindә.
 
(M u s i q i)
 
H a m ı (tәsnif)--
 
Dәrdli Kәrәm, sәn itirdin Әslini; (2 dәfә)
Get, tap, get, tap yarın, itirdin Әslini. (2 dәfә)
Haqdan aşiqsәn, çәk eşqin әzabın; (2 dәfә)
Get, tap, get, tap yarın, itirdin Әslini. (2 dәfә).
 
Q ı z l a r və o ğ l a n l a r gedirlәr.
 
K ә r ә m (yollara sarı)--
 
Әrzurumdan çıxdımı, üç oldu yolum,
Mәn bu yolun hangısına gedәyim?
Çagırdım gecә-gündüz mövlamı,
Mәn bu yolun hankısına gedәyim?
 
(M u s i q i)
 
Sofi qardaş, necә olur halımız?
İsfahan şәhridir bizim elimiz.
Bülbül getdi, mәhzun qaldı gülümüz,
Mәn bu yolun hankısına gedәyim?
 
(M u s i q i)
 
Kәrәm deyir yetmәdim muradıma,
Әslim getdi, qonamadım yurduna.
Hey ağalar, bir dilbәrin dәrdinә,
Mәn bu yolun hankısına gedәyim?
 
(M u s i q i)
 
Bu halda Ş e y x-N u r a n i vaqe olur vә üzünü K ә r әm g i l ә tutub oxuyur.
 
Ş e y x-N u r a n i (humayun)--
 
Eşqә giriftar olan
Zarü pәrişan gördüm.
 
(M u s i q i)
 
(tәkrar o sözlәr)
 
Cәnk edib can alanı
Qanını qәltan gördüm.
 
(M u s i q i)
 
(tәkrar o sözlәr)
Atәşi-eşqә düşәni
Çaki-giriban gördüm.
 
(M u s i q i)
 
(tәkrar o sözlәr)
 
Hicr oduna yananın
Qәlbini büryan gördüm.
 
 (M u s i q i)
 
(tәkrar)
 
Ş e y x (söz ilә)--Ey qәrib, sizlәr haraya getmәk istәyirsiniz?
S o f i--Ey şeyx, biz Hәlәb şәhәrinә getmәk istәyirik.
Ş e y x--Siz bilirsinizmi ki, buradan Hәlәbә altı aylıq yol var?
S o f i--Xeyr, bilmirik.
Ş e y x--Yumun gözlәrinizi.
 
K ә r ә m vә S o f i gözlәrini yumurlar, haman dәm hәr yer qaranlıq olur, bu halda sәhnәnin dal pәrdәsi qalxıb, Hәlәb şәhәri görünür.
 
Ş e y x--Açın gözlәrinizi.
 
Bunlar gözlәrini açırlar, hәr yer işıqlanır. K ә r ә m vә S o f i Hәlәbin mәnzәrәsini görüb şad olurlar.
 
Ş e y x--Bax, siz Hәlәb şәhrinә yetişdiniz (deyib tez çıxıb gedir).
 
(M u s i q i)
 
K ә r ә m--
 
Şükr eylә, Sofi, xudaya, (2 dәfә)
Hәlәb şәhri, Hәlәb şәhri!
Hәlәb şәhrinә gәldik.
 
(M u s i q i)
 
Qalxız әlini duaya, (2 dәfә)
Hәlәb, Hәlәb şәhri!
Hәlәb şәhrinә gәldik.
                        
(M u s i q i)
 
K ә r ә m v ә S o f i--
 
Yetirdi mövlam bizi tez, (2 dәfә)
Hәlәb şәhri, Hәlәb şәhri!
Hәlәb şәhrinә gәldik (2 dәfә)
Hey....
 
(M u s i q i)
 
PӘRDӘ

 

Dördüncü pərdə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR