Slimfit
  1. MƏDƏNİYYƏT

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Məhəbbət tanqosu” nümayiş etdirilib

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Məhəbbət tanqosu” nümayiş etdirilib
Sakura

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Məhəbbət tanqosu” nümayiş etdirilib

Sentyabrın 22-də Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Astor Pyatsollanın musiqisi əsasında birpərdəli “Məhəbbət tanqosu” baleti nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu baletmeysteri Rusiyanın Xalq artisti Liliya Sabitova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, geyim üzrə rəssam Nəzakət Əhmədova, konsertmeyster Züleyxa Usubovadır.

Baş rolları teatrın solistləri Anar Mikayılov və Cəmilə Kərimova ifa ediblər.

Astor Pyatsolla XX əsrin ikinci yarısında yaşayıb yaratmış Argentina musiqiçisi və bəstəkarıdır. Onun əsərləri sayəsində tanqo janrı nəzərəçarpacaq dərəcədə zənginləşib, caz və klassik musiqi elementləri ilə müasir tərzdə təqdim edilib. Astor Pyatsolla az sayda bəstəkarlardandır ki, demək olar, konsertlərdə bütün əsərlərini özü ifa edib. Bəstəkar ömrünün təkcə son 10 ili ərzində 300 tanqo, kinofilmlərə 50 melodiya bəstələyib, həmçinin teatr tamaşaları və baletlərə musiqi yazıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR