Slimfit
  1. AVTO VƏ MOTO

Üzərinə “Satılır” elanı vurulmuş avtomobillərə görə cərimə tətbiq ediləcək - 2000 manatadək

Üzərinə “Satılır” elanı vurulmuş avtomobillərə görə cərimə tətbiq ediləcək - 2000 manatadək
Sakura

Üzərinə “Satılır” elanı vurulmuş avtomobillərə görə cərimə tətbiq ediləcək - 2000 manatadək

 

Qanun avtomobillərin üzərinə reklam xarakterli materialların və yazıların vurulmasına ciddi nəzarət edir. Qaydaları pozanları ciddi cərimələr gözləyir.

Bu barədə Yol Patrul Xidmətinin (YPX) şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, avtomobilin üzərinə reklam xarakterli yazıların vurulması üçün xüsusi sertifikat tələb olunur.

 “Avtomobilinizin şüşəsinə yapışdırılımış  “Satılır” elanı belə reklam sayılır. Avtomobilin istehsal edildiyi şirkətin loqotipi və ya adı isə reklam hesab edilmir”, - deyə o bildirib.
 
Kamran Əliyev qeyd edib ki, nəqliyyat vasitəsində reklam yerləşdirilməsinə dair qaydaları pozan fiziki şəxslər 50 manatadək, vəzifəli şəxslər 150-200 manatadək, hüquqi şəxslər 500-2000 manatadək cərimə oluna bilərlər.

Xatırladaq ki, nəqliyyat vasitəsi üzərində reklama reklam agenti və avtomobil sahibi arasında  bağlanmış müqavilə əsasında yerləşdirilir.

Reklamın yerləşdirilməsinə icazəni Daxili İşlər Nazirliyi verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR