Slimfit
  1. MƏDƏNİYYƏT

“Üzeir Hacıbəyli-Cumhuriyyət 100”

“Üzeir Hacıbəyli-Cumhuriyyət 100”
Sakura

“Üzeir Hacıbəyli-Cumhuriyyət 100”

Avqustun 31-də Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın xatirəsinə həsr edilmiş “Üzeyir Hacıbəyli-Cumhuriyyət 100” adlı söhbət keçirilib.

AZƏRTAC xəbər verir ki, “AYTAM” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin təşkilatçılğı ilə keçirilən tədbirdə muzeyin eksponatları ilə tanış olan məktəblilərə dahi bəstəkarın Cumhuriyyət dövründəki fəaliyyətindən, o zaman yazdığı əsərlərdən söhbət açılıb.

Muzeyin direktoru, əməkdar incəsənət xadimi, professor Sərdar Fərəcov “Üzeyir Hacıbəyli və uşaqlar” mövzusunda maraqlı söhbət açıb. Dahi bəstəkarın gələcəyimiz olan gənc nəslə qayğısından, onların şəxsiyyət kimi formalaşmalarında, musiqimizə sahib çıxmalarında göstərdiyi fədakalıqlardan danışıb. Üzeyir bəyin Cumhuriyyət illərində həm bəstəkar, həm ictimai xadim, həm qələm adamı olaraq “Azərbaycan” qəzeti səhifələrində dərc olunan yazılarının hələ gəncliyində ona şöhrət gətirdiyi bildirilib. S.Fərəcov Ü.Hacıbəylinin ilk dəfə gimnaziya tələbəsi olarkən xalq mahnı və təsniflərini xor üçün işlədiyini deyib. “Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırıb.

Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilib.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur. S.Fərəcov bu böyük bəstəkardan dərs almış bir çox tanınmış musiqi xadimlərindən, eləcə də vaxtilə onun qonşuluğunda yaşamış insanlara münasibətindən də ibrətamiz əhvalatlar danışıb.

Tədbirdə “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, şair-publisist Zərəngiz Qayalı və digər çıxış edənlər Üzeyir bəy dühasının təkcə azərbaycan, türk xalqı deyil, Yaxın Şərqdə və dünyada dahi bəstəkar kimi tanındığını vurğulayıblar.

Sonda S.Fərəcov məktəblilərin suallarını cavablandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR