Slimfit
  1. QADINLAR ÜÇÜN

Üzə yaz qulluğu

Üzə yaz qulluğu
Sakura

Qadınlara məsləhət

Mövsüm dəyişikliyi zamanı dəridə bir sıra dəyişikliklər baş verir. Ona görə də yazda üz dərisinə qulluq xüsusilə vacibdir, çünki həmin dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur.

Medpress.az xarici mediaya istinadla bildirir ki, dərinin təmizliyi çox vacib şərtdir, lazım gəlsə onu gündə iki dəfə – səhər və axşam yuyub təmizləmək lazımdır. Xanımlar qışda istifadə etdikləri ağır tərkibli kremləri daha yüngülləri ilə əvəz edə bilərlər. Yazda dəri çox yağ ifraz etdiyinə görə tərkibi az yağlı olan qulluq vasitələrinə üstünlük verilməlidir. Nəmləndirici kremlə yanaşı, tonikdən də istifadə edilməsi üz dərisinə müsbət təsir göstərir. Qışda istifadə olunmayan gündənqoruyucu kremləri yenidən gündəlik makiyaj vasitələri sırasına qaytarmaq olar.

Qulluq kremləri kimi makiyaj vasitələri də daha yüngülləri ilə əvəz edilə bilər. Yaz mövsümü pilinq üçün də ən yaxşı vaxtdır, çünki yay aylarında həmin prosedurun tətbiq edilməsi məsləhət görülmür.

Üz dərisinin sağlamlığı üçün vacib olan məsələlərdən biri də sudur. Yazda içilən bol su dərini qurumağa qoymur. Yuxu rejimi də dəri üçün çox əhəmiyyətlidir, çünki yuxusuzluq dəriyə solğunluq və şişkinlik verir. Mövsümə uyğun meyvə-tərəvəz yeyilməsi də orqanizmi təmizləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR