Dərc edildi: Baxış sayı: 603
ÜTT: Qlobal ticarəti tarixi azalma gözləyir
Bu ilin II rübündə yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən qlobal ticarət 18,5% azala bilər.
Ens.az xəbər verir ki,bu barədə “APA-Economics” Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatına istinadən xəbər verir.
Məlumata əsasən, bu ilin I rübündə dünya üzrə ticarət 3% azalıb. İlkin proqnozlara görə, virus və bunla əlaqədar olan özünü təcridetmə tədbirləri əhalinin əhəmiyyətli hissəsinə təsir göstərdiyi II rüb üçün bu göstərici 18,5% səviyyəsində olacaq.
Mütəxəssislər qeyd edir ki, bu, tarixdə ən böyük azalma olsa da, vəziyyət bundan da pis ola bilərdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət