Slimfit
  1. MEDİA

UTECA-da Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirilib

UTECA-da Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirilib
Sakura

UTECA-da Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirilib

Əvvəlcə UTECA kollektivi universitetin həyətində ucaldılan Şəhidlər abidəsi önünə gül dəstələri qoyub. Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Akif Süleymanov bildirib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima, Holokost faciələri ilə bir sırada durur. Belə ki, 27 il əvvəl bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilib. Şəhəri tərk etməyə məcbur olan əhali yollar nəzarətə götürüldüyündən dağlara, meşələrə qaçıb. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutub. 613 nəfər həlak olub, öldürülənlərin 63-ü uşaq, 70 nəfəri qoca, 106-sı qadındır. 8 ailə tamamilə məhv edilib. Həmin gecə 1275 nəfər girov götürülüb. 150 nəfərin taleyi isə indiyədək məlum deyil. 487 yaralı qeydə alınıb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Daha sonra Xocalı sakini Nəsimi Məmmədov çıxış edərək qarlı fevral gecəsində yüzlərlə soydaşımızın soyuqdan donaraq və düşmən gülləsinə tuş gələrək şəhid olduğunu, o gecə öldürülən yüzlərlə insandan 56 nəfərin xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildiyini deyib.

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Tədbir UTECA tələbələrinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.

#26Fevral #XocalıSoyqırımı #Faciə #QanYaddaşı #UTECA #TexnologiyaUniversiteti #AkifSüleymanov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR