UTECA-da Müstəqillik Günü qeyd edilib
UTECA-da Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə 18 oktyabr – Milli Müstəqillik Gününə həsr edilən “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov gənclər qarşısında çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə “Valday” beynəlxalq diskusiya klubunda çıxışını xatırladaraq bildirib ki, bu Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında saxladıqları Dağlıq Qarabağla bağlı 3 ay ərzində verdiyi bəyanatlara, o cümlədən “qərar Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün qəbuledilən olmalıdır” iddiasına yekun cavab və "Qarabağ Azərbaycanındır və nida işarəsi" ifadəsi ikili standartlar aparanlara tərs sillə idi.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov isə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötdüyünü, bu müstəqilliyin əbədi və dönməzliyini, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanıldığını, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyini qeyd edib.
Tədbirdə “Müstəqilliyimiz əbədidir”, “Müstəqillik dövlətimizin ən böyük sərvətidir”, “Yaşa səni!” mövzularında çıxışlar da olub.
Daha sonra 200-ə yaxın UTECA tələbəsi Cənab Prezidentin çıxışına və Beynəlxalq Gənclər Kampaniyasına dəstək olaraq Qarabağ Azərbaycandır ifadəsinə flashmobla bir daha nida qoyublar.
#MüstəqillikGünü #QarabağAzərbaycandır! #AkifSüleymanov #UTECA #TexnologiyaUniverssiteti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət