UTECA 450 ağac əkdi
Məlum olduğu kimi noyabrın 17-də Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verib.
Azərbaycan Texnologiya Universiteti aksiya çərçivəsində Gəncə şəhərində, UTECA-ya təhkim olunan ərazilərdə ümumilikdə 450 ağac əkib. 3 gün ərzində UTECA-nın tələbə və müəllim heyəti tərəfindən əkilən ağacların 425-i həmişəyaşıl şam ağacları, 25-i isə müxtəlif meyvə ağacları olub.
Bir həftə davam edəcək aksiyadanın məqsədi Cümhuriyyət dəyərlərini təbliğ etməklə yanaşı gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilir. 100 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. Aksiya çərçivəsində bölgələrin xüsusiyyətləri nəzərə alınaraq şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və digər ağacların əkilməsi nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət