Slimfit
  1. İQTİSADİYYAT

'Üstay' şirkəti: Ödənişli məzuniyyət hüququ olmayanlara da dəstək göstəriləcək

'Üstay' şirkəti: Ödənişli məzuniyyət hüququ olmayanlara da dəstək göstəriləcək
Sakura

'Üstay' şirkəti: Ödənişli məzuniyyət hüququ olmayanlara da dəstək göstəriləcək

Türkiyənin “Üstay Yapı Təahhüt və Anonim Şirkəti”nin Azərbaycan nümayəndəliyinin bir qrup əməkdaşı karantin səbəbindən çıxdıqları məzuniyyət haqlarının ödənilmədiyini bildirərək etiraz məqsədilə şirkətin ofisinin qarşısına toplaşıblar. 

Nümayəndəliyin hüquqşünası Rövşanə RəhimovaReport”a məsələ ilə bağlı bildirib ki, “Üstay” şirkəti karantin qaydalarına uyğun olaraq, iş ərazisində minimal sayda əməkdaş çalışdıra bilər: 

“Şirkət ümumilikdə 440 əməkdaşının 300 nəfəri üçün işləmə icazəsini alıb. Azərbaycanın Əmək Məcəlləsinin 146-cı maddəsinə (işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq, işçilər qrup halında ödənişli və ödənişsiz məzuniyyətə göndərilə bilər) əsasən, qalan işçilər isə ödənişli məzuniyyətə göndərilib. Ödənişli məzuniyyət hüququ olmayan əməkdaşların da çətin vəziyyətdə qalmamaları üçün şirkət onlara dəstək göstərəcək. Lakin bəzi işçilər “Üstay” şirkətinin dövlətdən yardım aldığını, bu məbləğdən işçilərə ödəniş etmədiyini düşünərək bu cür etirazlar səsləndiriblər. Halbuki yardım ödənilən şirkətlərin siyahısı ictimaiyyətə açıqlanıb, bu şəffaf məlumatdır, hər kəs bu siyahıda “Üstay”ın adının olmadığını görə bilər. Bundan əlavə, yardım şirkətə yox, şəxslərin hesabına köçürülür. Belə bir ödəniş olacağı təqdirdə, ən birinci işçilər özləri xəbər tutacaqlar”. 

R.Rəhimova bildirib ki, məsələ ilə bağlı bu gün əməkdaşları kütləvi surətdə bir araya toplamamaq məqsədilə briqadirlərlə görüş keçirilib və bu nüanslar onlara izah olunub. Öz növbələrində briqada rəhbərləri də məsələ ilə bağlı bütün məlumatları əməkdaşlarına çatdırıblar. Hazırda etiraz prosesi dayanıb, işçilər hamısı öz işlərinin başındadırlar.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR