Slimfit
  1. DÜNYA

ÜST xüsusi işçi qrupu yaratdı

ÜST xüsusi işçi qrupu yaratdı
Sakura

ÜST xüsusi işçi qrupu yaratdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb.

Ens.az Aztibb.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün Təcili xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkxove cümə günü keçirilən brifinqdə deyib.

Qrup rəhbəri bildirib ki, mutasiyanın müəyyən edilməsi üçün yaradılan xüsusi işçi qrupu hazırda sözügedən prosesin necə baş verməsini, onunla davranmanın optimal yollarını araşdırır.

Maria Van Kerkxove əlavə edib ki, COVID-19-un mutasiya dövründə hansı təsirə malik olmasını müəyyənləşdirmək məqsədilə daha çox araşdırma tələb olunur.

 

 

 

Qeyd edək ki, ÜST-ün son məlumatına görə, dünyada 23 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 800 mindən çox insan ölüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR