Slimfit
  1. DÜNYA

ÜST-ün direktoru istefa tələblərinə cavab verdi

ÜST-ün direktoru istefa tələblərinə cavab verdi
Sakura

ÜST-ün direktoru istefa tələblərinə cavab verdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus istefa tələblərinə cavab verib.

“Haber7” məlumat verir ki, Qebreyesus ÜST-ün İsveçrənin Cenevrə şəhərində yerləşən qərargahında videokonfrans formatında brifinq keçirib.

O, Qərbi Avropada epidemiyanın azaldığına baxmayaraq, Afrikada, Şərqi Avropada, Mərkəzi və Cənubi Amerikada xəstəlik hallarının artımına diqqət çəkib.

Qebreyesus, eyni zamanda, ABŞ Prezidenti Donald Trampın təşkilata ayrılan vəsaitin dayandırılması və Birləşmiş Ştatlardan istefa çağırışına cavab olaraq, vəzifəsindən getməyəcəyini vurğulayıb.

O, ABŞ-ı ÜST-ün vacib tərəfdaşı adlandırıb və Trampı qərarına yenidən baxmağa və beynəlxalq təşkilata dəstək verməyə çağırıb.

“Həyat qurtarmaq üçün məsuliyyət daşıyırıq. Diqqətimi bu təşkilatın yaxşılığa doğru dəyişikliyinə və pandemiyaya yönəldəcəyəm. Gecə-gündüz həyat xilas etmək üçün çalışmağa davam edəcəyəm. Yolumuz uzundur. Virusun uzun müddət bizimlə olacağına şübhə etməyin”, - deyə ÜST başçısı vurğulayıb.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR