Slimfit
  1. MEDİA

ÜST-ün Azərbaycandakı nümayəndəsi Niyazi Bayramovla görüşüb

ÜST-ün Azərbaycandakı nümayəndəsi Niyazi Bayramovla görüşüb
Sakura

ÜST-ün Azərbaycandakı nümayəndəsi Niyazi Bayramovla görüşüb

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancının başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Səfər çərçivəsində onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər və vaksinasiya prosesinin gedişatı barədə ətraflı söhbət aparılıb. 

Niyazi Bayramov bildirib ki, bütün dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Gəncə şəhərində də müvafiq işlər görülür. ÜST-ün tövsiyələri, ölkə başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqları, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq şəhər ərazisində mütəmadi dezinfeksiya işləri, habelə əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilir. Bu işlərə paralel olaraq reyd və monitorinqlər də aparılır. Gəncə şəhərində COVID-19 əleyhinə vaksinasiya prosesi də uğurla davam edir.  

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev Gəncədə 14 məntəqədə vaksinasiya aparıldığını qonaqların diqqətinə çatdırıb. O vurğulayıb ki, sakinlərin rahatlığını təmin etmək məqsədi ilə dövlət və özəl tibb müəssisələri ilə yanaşı, sosial yönümlü obyektlərdə də məntəqələr qurulub. Əhalinin maarifləndirilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yerli televiziya və radio kanallarında həftə ərzində bir neçə dəfə həkim-mütəxəssislərin iştirakı ilə verilişlər hazırlanır. 

“Gəncə Şəhər Birləşmiş Xəstəxanaları” PHŞ-nin direktoru Nazim Əhmədov bildirib ki,  ötən il Prezident İlham Əliyevin iştirakı ilə Gəncə şəhərində 200 çarpayılıq, tam təchizatlı yeni modul tipli xəstəxana istifadəyə verilib. Hazırda burada 118 COVID-19 xəstəsi müalicə alır. Xəstəxanada Gəncə ilə yanaşı, ətraf rayonların sakinlərinə də xidmət göstərilir. O bildirib ki, gün ərzində Gəncə şəhəri və ətraf rayonların sakinlərindən götürülən yaxma analizləri Abbas Səhhət adına xəstəxanada quraşdırılan müasir laboratoriyada yoxlanılır. 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı COVID-19-la mübarizə çərçivəsində Gəncə şəhərində görülən işləri təqdirəlayiq hesab etdiyini bildirib. O qeyd edib ki, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir. Müşahidələr göstərir ki, vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır. O bildirib ki, I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir. 

Hande Harmancı xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin olunmalarının vacibliyinə toxunub. O qeyd edib ki, tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar. “Son zamanlar mütəxəsislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər” - deyə ÜST-ün Azərbaycandakı nümayəndəsi bildirib. O, COVID-19 virusunun yeni ştammlarından da söz açıb. 5-14 yaş arası uşaq və yeniyetmələr arasında Delta-M və Omikron ştamlarına yoluxma hallarının artdığını bildirən Hande Harmancı, Azərbaycanda hələki Omikron ştammına rast gəlinmədiyini də qeyd edib. 

Görüşdə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı təfərindən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” və “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihələrinin icra edildiyi şəhər rəhbərinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, sabah Gəncə Tibb Kollecində sözügedən layihələr çərçivəsində konfrans baş tutacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR