Slimfit
  1. CƏMİYYƏT

ÜST-nın yeni qərarından sonra Azərbaycanda karantin rejimi ləğv edilir?- TƏBİB-dən AÇIQLAMA

ÜST-nın yeni qərarından sonra Azərbaycanda karantin rejimi ləğv edilir?- TƏBİB-dən AÇIQLAMA
Sakura

ÜST-nın yeni qərarından sonra Azərbaycanda karantin rejimi ləğv edilir?- TƏBİB-dən AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb. Baxmayaraq ki, uzun müddət bunun əksini tələb edirdi. ÜST dünyanın demək olar ki, bütün ölkələrinə pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. İndi təşkilatın baş epidemioloqu Maria Van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib. Ümumdünya Səhiyyə Təşkilatının bu tövsiyyəsindən sonra Azərbaycanda karantin rejimi ləğv edilə bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bizim saytlar o xəbəri düzgün tərcümə etməyib:

"Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı karantin rejiminin ləğv edilməsini tövsiyyə etməyib. Sadəcə Ümumdünya Səhiyyə Təşkilatı növbəti mərhələlər üçün bütün ölkə üzrə ümumi karantin rejiminin tədbiq edilməsini məsləhət görmür. Necə ki, bizdə mart-aprel aylarında bütün ölkə üzrə karantin rejimi tədbiq olunurdu. Azərbaycanda onsuz da bütün ölkə üzrə sərt karantin rejimi tədbiq edilmir, yalnız yoluxmaların çox olduğu şəhər və rayonlarda karantin rejimi tədbiq edilir. Karantin rejiminin tədbiqi, onun şərtləri və qaydaları barəsində bütün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR