Slimfit
  1. DÜNYA

ÜST: Koronavirusun ikinci dalğası olmaya bilər

ÜST: Koronavirusun ikinci dalğası olmaya bilər
Sakura

ÜST: Koronavirusun ikinci dalğası olmaya bilər

Yeni koronavirusun ikinci dalğası qaçılmaz deyil, profilaktik tədbirlər görülsə, bunun qarşısını almaq olar. Eyni zamanda, koronavirusun yenidən yayılması təhlükəsi qalmaqdadır.

TASS-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin direktoru Hans Kluqe Kopenhagendə keçirilən brifinqdə bildirib.

“İkinci dalğa qaçılmaz deyil. Lakin getdikcə məhdudiyyətləri qaldıran ölkələrin sayı çoxalır və COVID-19 infeksiyasının ikinci dalğa təhlükəsi var. Yoluxmalar dayandırılmasa, ikinci dalğa gələ və çox dağıdıcı ola bilər”, - deyə H.Kluqe qeyd edib.

Onun sözlərinə görə, dünya ölkələri ilin əvvəlindən epidemiyaya qarşı mübarizədə çox şey öyrəniblər:

“İlk dalğadan sonra çox şey öyrəndik, bu yaxşıdır. Yeni dalğalar ortaya çıxsa, daha yaxşı hazırlaşmış olacağıq, hansı tədbirlər görməyi, necə hazırlaşmağı biləcəyik”.

O, qeyd edib ki, məhdudiyyətləri tədricən və ehtiyatla aradan qaldırmaq, eyni zamanda vəziyyətlə bağlı mütəmadi monitorinqlər aparmaq lazımdır.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR