Slimfit
  1. GÜNDƏM

ÜST-dən şok yenilik: koronavirusa qarşı 4 dərmanın testlərinə başlanılır

ÜST-dən şok yenilik: koronavirusa qarşı 4 dərmanın testlərinə başlanılır
Sakura

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı 4 dərmanın testlərinə başlayır

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı 4 dərmanın testlərinə başlayır

Bütün dünya müsbət nəticə gözləyir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qerbeyesus Cenevrədə keçirdiyi brifinqdə yaxın vaxtlarda Norveç və İspaniyada könüllülər üzərində dörd COVID-19 koronavirus dərmanının sınaqlarının başlayacağını söyləyib

O, ÜST-ün xüsusi proqramı əsasında aparılacaq bu sınaqlarla bağlı "Bu gün Norveçdə və İspaniyada dörd dərman və ya COVID-19-a qarşı dərman birləşmələrinin təhlükəsizliyini və effektivliyini müqayisə edəcək "həmrəylik testləri" proqramına ilk xəstələrin yazıldığını məmnunluqla elan edirik" deyib.

Onun sözlərinə görə, bu testlər bu və ya digər dərmanın effektivliyinə dair ciddi sübutları yoxlamağa kömək edəcək.

Həmrəylik Testləri proqramı ÜST tərəfindən 18 Martda dünyada COVID-19 üçün müxtəlif müalicə növləri haqqında məlumat mübadiləsi məqsədilə başlanıb. Bu, virusa qarşı müxtəlif dərmanların sınaqdan keçirilməsini və ən təsirli dərmanların müəyyən edilməsini əhatə edir. Argentina, Bəhreyn, Kanada, Fransa, İran, Norveç, Cənubi Afrika, İspaniya, İsveçrə və Tailand artıq müxtəlif müalicə metodlarının sınaqları haqqında məlumat mübadiləsinə qoşulub. Hazırda proqramda 45 ölkə iştirak edir.

Mənbə: ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR