Slimfit
  1. DÜNYA

ÜST-dən karantin rejimlərinin ləğvi ilə bağlı AÇIQLAMA

ÜST-dən karantin rejimlərinin ləğvi ilə bağlı AÇIQLAMA
Sakura

ÜST-dən karantin rejimlərinin ləğvi ilə bağlı AÇIQLAMA

Son günlərdə ölkə mətbuatında karantin rejiminin ləğvi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) aid olduğu iddia edilən açıqlama yayılıb.

Ens.az xəbər verir ki, “Report” məsələni araşdırmaq məqsədi ilə ÜST-ün Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fanara Bünyadzadə ilə əlaqə saxlayıb.

F.Bünyadzadə “Report”a deyib ki, mətbautda yayılan açıqlama təhrifə uğrayıb:

“Bu, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhovenin hələ avqustun 1-də “Telegraph”a verdiyi müsahibəsindən götürülüb. Lakin onun fikirləri təhrif edilib”.

O qeyd edib ki, müsahibədə karantin rejiminin ləğvindən bəhs edilməyib:

“Müsahibədə karantin rejiminin tətbiqinin yolverilməz və ya ləğvi ilə bağlı hər hansısa fikir mövcud deyil. O, sərt karantin rejiminin yenidən tətbiq olunmamasını tövsiyə edib. Onun sözlərinə görə, bunun keçmişdə tətbiq edilməsi yoluxmanın qarşısını almaq üçün olub. Maria van Kerkhove sadəcə karantin rejiminə bir daha ehtiyac olmayacağına ümid etdiyini bildirib”.

Qeyd edək ki, Maria van Kerkhove “Telegraph”a müsahibəsində bir sıra ölkələrdə tətbiq edilən sərt karantin rejiminin ictimai səhiyyə infrastrukturunu yaratmaq üçün vaxt qazandırdığını bildirib. O qeyd edib ki, sağlamlığa dəyən ziyan, sosial və iqtisadi fəsadlardan dolayı ümumölkə karantin rejimi yerinə lokal karantin tədbirlərinin keçirilməsini tövsiyə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR