ÜST: Azərbaycanda insanlar qaydalara əməl etməsə, yoluxma 7-10 gün sonra artmağa başlaya bilər
"İctimai səhiyyə ilə bağlı görülən tədbirlər insanların sağlamlığını qorumaq üçündür. Azərbaycan koronavirusun qarşısını almaq üçün ən tez tədbir görən ölkələrdən biridir".
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
O bildirib ki, martın 31-də xüsusi karantin rejimi elan olunub, aprelin 10-dan sonra isə virusa yoluxanların sayı azalmağa başlayıb: "Sosial həyata dönmək üçün bir qədər yumlaşdılma tədbirləri görülüb. Bu qərarın tez verilib-verilmədiyini bir müddət sonra görəcəyik. İnsanlar pandemiya bitdi deyib, tez əvvəlki həyata dönsələr, say artacaq. Əgər insanlar qaydalara əməl etməsə, 7-10 gün sonra yoluxmanın artmağa başlaması mümkündür. Belə olsa, hökumət yenidən karantinlə bağlı qərar verə bilər. Əhalinin etməli olduğu vacib şey fiziki məsafə saxlanması, əllərin tez-tez yuyulmasıdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət