Dərc edildi: Baxış sayı: 625
ÜST ABŞ-la əməkdaşlığın davam etdiriləcəyinə ümid edir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-la əməkdaşlığın davam etdiriləcəyinə ümid edir.
APA “TASS”-a istinadən xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinqdə deyib.
“ÜST ümid edir ki, qlobal səhiyyə sahəsində ABŞ-la uzunmüddətli əməkdaşlıq davam edəcək”, - deyə baş direktor bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp may ayının 29-da Vaşinqtonun ÜST-lə əlaqələri tamamilə sona çatdırmaq niyyətində olduğunu bildirib. Amerikalı lider bunu təşkilat rəhbərliyinin ABŞ hakimiyyətinin irəli sürdüyü islahatları həyata keçirməkdən boyun qaçırması ilə əlaqələndirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət