Dərc edildi: Baxış sayı: 312
ÜST: 5 yaşından aşağı uşaqların maska taxmasına ehtiyac yoxdur
“Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF və Beynəlxalq Pediatrik Assosiasiyası ilə bir araya gələrək uşaqların tibbi maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetiriblər”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris "Real TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ÜST 5 yaşından aşağı uşaqların tibbi maska taxmasına ehtiyac görmür:
“Lakin müəyyən şəraitdə onların da maska taxmasl vacib ola bilər. 5 yaşından yuxarı uşaqların isə tibbi maskadan harada, necə istifadə etməsi ilə bağlı isə tövsiyə və təlimatlarımız var”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət