Slimfit
  1. CƏMİYYƏT

Uşaqpulu hansı təbəqəyə və nə qədər ayrılmalıdır? - Açıqlama

Uşaqpulu hansı təbəqəyə və nə qədər ayrılmalıdır? - Açıqlama
Sakura

Uşaqpulu hansı təbəqəyə və nə qədər ayrılmalıdır? - Açıqlama

Son aylarda ölkədə uşaqlar üçün verilən müavinətin bərpa olunacağı ilə bağlı məsələ tez-tez gündəmə gəlir.

Metbuat.az xəbər verir ki, el arasında "uşaqpulu" adlanan müavinətin bərpası ilə bağlı təşəbbüsü insanlar maraqla qarşılayırlar.

Mövzunun əhəmiyyətini nəzərə alaraq uşaqpullarının hansı ailələrə və nə qədər verilməsi ilə bağlı ekspertə müraciət etdik. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova baku.ws-ə bildirib ki, çətin həyat şəraitində yaşayan ailələrə uşaqpulu deyilən vəsaitin ayrılmasını dəstəkləyir:

"Uşaqpulunun bərpası məsələsi təbii ki bütün uşaqsevərlər, onların gələcəyinin hormanal inkişafında maraqlı olan tərəflərin istəyidir. Təbii ki, hələ də çətin vəziyyətdə yaşayan, ailə büdcəsinin idarəçiliyində səriştəsi olmayan ailələr mövcuddur.

Bu vəsaitin başdantutma hər kəsə verilməsinin mən də əleyhinəyəm. Çünki bu sosial ədalət pinsipini pozmuş olur. Ailənin rifah halı yaxşıdırsa, onlara pul ayrılması məqbul deyil. Lakin çətin həyat şəraitində yaşayan ailələrə uşaqpulu deyilən vəsaitin ayrılmasını dəstəkləyirəm.

Bunun üçün sosial işçilər hər bir ailənin vəziyyətini real qiyymətləndirmə cədvəli təqdim etməlidir. Bəzi tədqiqatçılar isə israr edir ki, bu pul sosial yardım qismində ailələrə artıq dəstək məqsədi ilə verildiyindən ölkədə bu tip sosial yardımın ayrılması uyğun deyil".

Mehriban Zeynalova həmçinin deyib ki, ailələrə 100 manat müavinətin ayrılmasının tərəfdarıdır: "Fikrimcə, uşaqpulu ilkin olaraq çoxuaqşlı ailələrə tətbiqi ilə başlasa sonrdan mexanizm tam aydın olardı. Hazırki dövrdə əgər biz inetlektual və tam sağlam uşaq böyütmək istəyiriksə, bu təbii ki iqtisadçılar tərəfindən hesablanmalıdır.

Gündəlik həyatımızda uşaqların maraq və ehtiyaclarını təmin etmək az pul tələb etmir. Təbii ki mən tam təhsil və sağlamlıq çərçivəisndə hesablayıram. Burda uşağın "iPhone" və s. kimi maraqlarır hesablanmır.

Ümumiyyətlə kənd və şəhər tələbləri kimi bir yanaşma var. Əgər bugünkü sosial durumlu ailələrə baxsaq, ailədə zorakılığı nəzərə alsaq, boşanmalara diqqət yetirsək, kənddən şəhərə axını nəzərə alsaq, kirayə və digər xərcləri hesablasaq, o cümlədən aliment odəməmək, qisasçılıq hissi nəzərə alınsa, bunlar həll edilsə, insanlar normal boşanıb öz ərazilərindən köç etməsələr, boşanmalar azalsa, o halda hər uşağa minimum 100 manat ayrılmalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR