Slimfit
  1. MARAQLI

Uşaqlarla keyfiyyətli vaxt keçirmək lazımdır

Uşaqlarla keyfiyyətli vaxt keçirmək lazımdır
Sakura

Uşaqlarla keyfiyyətli vaxt keçirmək lazımdır

Dəyişən həyat  şərtləri ilə birlikdə bəzi qavramalar da çox əhəmiyyət daşımağa başlayıb. Çünki, valideynlərin günün çox hissəsini işdə keçirməsi uşaqlarla birlikdə olacaq zamanı məhdudlaşdırır. Uşağa lazım olan diqqəti və qayğını göstərməyə çalışarkən, uşağımla necə keyfiyyətli zaman keçirə bilərəm-deyə düşünülür. Valideyn olmanın da mütəmadi  bir şeylər öyrənmək tələb etdiyini unutmamalıyıq.

Çalışan bir ana və yaxud çalışan bir atasınızsa fikrinizdə həmişə bir sual olur-uşağıma lazımı qədər  vaxt  ayıra bilirəmmi? Bəzən günün bütün yorğunluğu və stressi ilə evə gəlincə uşaqla vaxt keçirmək, zövqdən çox məcburiyyət  kimi gəlir.

Uşaqla keçirilən zamanın müddəti əslində əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan birlikdə olduğunuz zamanı necə keçirməyinizdir. Əgər  uşaqla birlikdə 1 saat oturub onun  55 dəqiqəsini televizor və ya telefonla keçirirsinizsə, burada keyfiyyətli zamandan söz etmək mümkün deyil. Uşaqla vaxt keçirərkən, bütün diqqətinizin tamamilə onda olmasına diqqət edin. Bu zaman göz təmasının  qurulması da çox vacibdir.

Uşağınızla birlikdə keyfiyyətli və səmərəli vaxt keçirmək, ruhən və cismən orada olmaq deməkdir.

Uşaqla yanaşı oturanda əgər ağlınız işdə, gözünüz telefondadırsa,  əslində siz cismən yan-yana olsanız da uşaqla deyilsiniz. Maraqlı məqam isə budur ki, sizin balaca kimi baxdığınız uşaq bunu hiss edir.

Amma istəsəniz uşağınızla keyfiyyətli zaman keçirmək üçün təqdim etdiyimiz bu sadə üsullardan istifadə edə bilərsiniz.

Məsələn, evdə gördüyünüz  işlərə uşağı da qatın. Evdəki hər hansı bir şeyi təmir edərkən, yemək bişirərkən, alış-veriş siyahısı tutarkən, uşağı da bu işlərə kömək etmək üçün təşviq edin. Uşaqların ümumiyyətlə, bundan xoşları gəlir. Bundan başqa böyüklərin gördüyü işlərə kömək etmək özünə inam hissinə də müsbət təsir edir. Eyni zamanda valideyn uşaq əlaqəsi və aralarındakı bağ da güclənir.

Birlikdə kitab oxumaq da uşağınızla keyfiyyətli zaman keçirə biləcəyiniz vasitələrdən biridir. Bu zaman kəsiyi daha çox birlikdə  keçirilə biləcək yuxudan bir az əvvəl ola bilər. Bu vaxt o sizə kitab oxusun, sonra isə siz ona kitab oxuyun. Həm də arada kitabın qəhrəmanları haqqında fikir alış-verişi də edə bilərsiniz.

Ola bilər ki, evə çox yorğun və əzgin  halda gəlmisiniz. Amma uşağınızı içdən qucaqlamanız, öpməniz, “səninçün çox darıxdım” deməniz çox vaxtınızı almaz. Amma uşağa sevildiyini hiss etdirər. Bundan başqa qucaqlaşmanız həm sizin həm də onun stressini azaldar.

Uşaqların həyatında oyun çox əhəmiyyət daşıyır. Uşağın oynadığı oyunları sizində onunla oynamanız əlaqənizi və ünsiyyətinizi gücləndirəcək. Onunla birlikdə oyunlarını oynamaq, uşağın dünyasıyla maraqlandığınızı və ona dəyər verdiyinizi hiss etdirəcək.

Gün içində səhər və günorta yeməyini birlikdə yeməyiniz mümkün olmaya bilər. Amma axşam yeməklərində birlikdə süfrəyə oturmağa səy göstərin. Bu zaman gün içində nələr yaşadığınızı bir-birinizlə bölüşün.

Uşaqlarınızla söhbət edin. Uşaqla 5-10 dəqiqə söhbət etmək, onu qucaqlamaq, gününün necə keçdiyini soruşmağın uşağın mənəvi və psixi inkişafına çox böyük ölçüdə müsbət təsiri var.

Uşaqla söhbət edərkən siz də özünüzdən danışın. Eyni zamanda bəzi məsələlərdə onun da fikrini soruşun. Bu uşağınız ünsiyyət mədəniyyətinin də inkişaf etməsinə kömək edər.

Uşaqlarımızdan çox şey öyrənə biləcəyimizi unutmayaq.

“Bir uşaq, bir böyüyə üç şey öyrədə bilər. Səbəbsiz xoşbəxt olmağı, hər zaman bir şeylə məşğul olmağı və istədiyi bir şeyi var gücü ilə tələb etməyi”- bu fikirlər yazıçı Paulo Coelhoya məxsusdur.

Hər şey bir tərəfə, illər düşündüyümüzdən daha sürətlə keçir. Unutmayın, uşağınız bir daha 1, 3, 7, və s. yaşlarda olmayacaq.

Buna görə də birlikdə olduğunuz hər anı ən yaxşı şəkildə dəyərləndirməyə çalışın.

Mənbə: Nuhcixan.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR