Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

“Uşaqlarınızın göbək ciyələrini, süd dişlərini atmayın, bu dəyəri bilinməyən sərvətdir”

“Uşaqlarınızın göbək ciyələrini, süd dişlərini atmayın, bu dəyəri bilinməyən sərvətdir”
Sakura

“Uşaqlarınızın göbək ciyələrini, süd dişlərini atmayın, bu dəyəri bilinməyən sərvətdir”

Bizimyol.info-nun müsahibi həmyerlimiz, İstanbul Darulaceze Klinikasının Histologiya, embriologiya və sitologiya kafedrasının baş mütəxəssisi Kamran Heybətovdur.

  Doktor, süd dişlərinin insan həyatında xüsusi rolu varmı?

- Bu günə qədər , daha doğrusu 15-20 il öncəyə qədər bizlər əslində nə böyüklükdə bir sərvətin daşıyıcıları olduğumuzu bilmirdik. Bu gün mən bütün valideynlərə demək istəyirəm ki, uaşqlarınızın süd dişlərini . göbək ciyələrini atmayın. Bunlar dəyəri, əvəzi olmayan xəzinədir. Plasentanı qorumaq üçü xüsusi arxiv lazımdır, lakin süd dişi bunu tələb etmir. Süd dişlərini qorumaq lazımdır, bunun bir neçə səbəbi var. Gələcəkdə bu dişlər uşağın sağlamlığı ilə bağlı sizə lazım ola bilər. Çünki onların içərisindəki kök hüceyrədən istifadə etmək lazım gələ bilər.Kök hüceyrələr eyni zamanda uşaq anadan olarkən onun göbək ciyəsində də olur və hazırda Rusiyada, Türkiyədə, Avropada uşaqarın göbək ciyələrini qoruyub saxlayan xüsusi arxivlər yaradılıb.Təəssüf ki, bizdə hələ buna başlanılmayıb.

- Kök hüceyrə nədir, həqiqətən onunla gəncləşmək mümkündürmü?

-Hüceyrələr 3 müxtəlif qrupa bölünürlər və onların müxtəlif funksiyaları olur.Kök hüceyrələr gənc hüceyrələrdirlər ki, gələcəkdə onardan bu qruplardan birinə aid olan hüceyrələr yetişir.Qan hüceyrələri ilikdə yaranıb inkişaf edir.Kök hüceyrələri dişlərdən, həmçinin digər sümüklərdən götürmək olar, lakin nəzərə almaq lazımdır ki, kök heceyrələrdən istifadə etmək üçün dişlər doğru saxlanılmalıdır. Gələcəkdə kök hüceyrələrindən istifadə edə bilmək üçün bir neçə texnologiyadan istifadə olunur ki onlar normal qoruna bilsin. Kök hüceyrlər bədənimizdəki zədələnmiş istənilən hüceyrəni əvəz edə bilər. Gələcəkdə kök hüceyrələrindən ürək xəstəliklərinin müalicəsində istifadə emək nəzərədə tutulur.

Kök hüceyrələri hər bir insanın orqanizmində var, lakin onların sayı çox azdır.Orqanizm xəstə və zədəli orqanları təmir etmək üçün onları özü istehsal edir. Əgər zədəli hissə kiçikdirsə orqanizm bunu özü sərbəst şəkildə , təbii yolla həyata keçirə bilir, zədə böyükdürsə bunu kənardan həyata keçirmək lazım gəlir, yəni bioloji preparatların köməyi ilə. Kök hüceyrələrin əsas özəlliyi onların bölünmə qabiliyyəti, istənilən orqanın hüceyrəsinə cevrilə bilməsi və zədəli hüceyrələrə qarışaraq onları sağaltmasıdır.

- Kök hüceyrələrdən tibbin hansı sahələrində istifadə olunur?

- Artıq 50 ildir bütün dünyada kök hüceyrələrdən gəncləşdirici kimi istifadə olunur. İndi onları yeni trendə əsasən yaşlanmaya qarşı terapiya adlandırırlar. Müasir tibbdə kök hüceyrələr digər tibbi imkanlarla birlikdə kompleks şəkildə istifadə olunur, o cümlədən fizioterapiya, kosmetik prosedurlar və dietik tövsiyələrlə birlikdə Məhz kök hüceyrələr qocalma prosesini ən səmərəli şəkildə ləngidir.Bütün dünyanın alimləri kök hücerələrdən istifadə etməklə gəncləşmə və müxtəlif xəstəliklərin sağaıldılması barədə danışırlar. Kök hüceyrədən hazırlanmış preparat pankreonekroz və əl- ayaqların işemik xəstəliyində istifadə olunur.Türkiyədə 1000 -dən çox sağalmaz xəstə hesab olunan insanın kök hüceyrələrin tətbiqi yolu ilə sağalması faktı mövcuddur.Göbək ciyəsindən alınmış kök hüceyrələrin yeni toxumaların formalaşdırılmasında, ağır yanıqların müalicəsində istifadəsi yaxşı effekt verir. Bu metodika mürəkkəbdir, yüksək ixtisaslı həkim və avadanlıqlar tələb edir. Lakin mümkündür.

- Kök hüceyrələrdən məhz hansı xəstəliklərin müalicəsində istifadə etmək mümkündür?

-Hazırda tibb elmi kök hüceyrələrdən istifadə etməklə şəkərli diabetin əzələlərə verdiyi fəsadları, ürək xəstəliklərini( işemik kardiopatiya, ürəyin məhdudlaşdırıcı funksiyasının patologiyası), dayaq hərəkət aparatı xəstəliklərini( onurğa diskinin yırtılması, diz oynaqlarının osteoartriti), yanıq zədələri, qaraciyər xəstəliklərini ( sirroz, virus hepatitləri) sağalda bilir. Bundan əlavə hazırda dünyada kök hüceyrələrdən istifadə etməklə transplantasiya üçün insan orqanlarının yetişdirilməsi yönündə araşdırmalar aparılır.

Hazırda kök hüceyrələrinin tətbiqi bəzi xəstəliklərdə sınaq mərhələsində olsa da, bəzi xəstəliklər üçün artıq standart terapiya kimi qəbul olunur. Bu hüceyrələrin effektiv tətbiq edildiyi sahələr olaraq əsasən qan, mədə-bağırsaq və ürək-damar sistemi, dayaq-hərəkət aparatı, genetik xəstəliklər, kosmetologiya və ən əsası onkologiyanı misal çəkmək olar. Kök hüceyrələri müxtəlif anemiyalar, autizm, talassemiya, uşaqlarda serebral ifliclər, Hockin və qeyri-Hockin limfoması, mieolamalar, leykoz kimi bir sıra xəstəliklər və kosmetologiyada uğurla tətbiq olunur. Onların tətbiqinin sınaq mərhələsində olduğu xəstəliklərdən insultu, qaraciyər serrozunu, hepatitləri, böyrək çatışmazlığını, autoimmun xəstəlikləri, diabeti, miokard infarktını, sümük defisitlərini, ürək çatışmazlığı və bir sıra digər problemləri qeyd etmək olar.

-Bəs gəncləşdirmədə necə istifadə olunur?

-Yaşlanma əleyhinə terapiya yalnız üz dərisi və xarici görünüşə edilən müdaxilə deyil. Bu insan orqanizminin bütün orqanlarının ümumilikdə gəncləşdirilməsi və sözün hərfi mənasında gəncliyin ömrünnü uzadılması deməkdir.

-Plasenta və göbək qanının kök hüceyrələrinin üstünlükləri varmı?

-Göbək qanı qan hüceyrələrinin yarandığı hemopoetik kök hüceyrələrinin mənbəyidir.Plasentadan isə orqanizmin müxtəlif toxumalarının hüceyrələrinə çevrilə bilən mezenximal kök hüceyrələri ayırmaq mümkündür.Onların müxtəlif tətbiq sahələri və xüsusiyyətləri olur.

Göbək qanının kriomühafizədə saxlanılması texnologiyası yenidir. Bu MDB məkanında 2003-cü ildən tətbiq olunmağa başlayıb.Bu uşağın gələcəyinə, sağlamlığına qoyulan yatırımdır. Bu onun gələcəkdə müxtəlif xəstəliklərə qarşı universal preparat və gəncliyini yenidən əldə etmək imkanı olacaq.Uşağın bu kök hüceyrələrindən bacı və qardaşı, hətta valideynləri üçün də istifadə etmək olar.

- Azərbayanda kök hüceyrələrlə bağlı araşdırmalar aparılırmı?

- Kök hüceyrələri sahəsində ölkəmizdə də işlər aparılır. 2017-ci ildə ATU-nun Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə qaraciyər xəstəsinə kök hüceyrələr transplantasiya olunduğunu bilirem. ATU-nun Tədris Terapevtik Klinikasında kök hüceyrələrinin izolyasiyası, kultivasiyası və transplantasiyası üzrə ixtisaslaşmış laboratoriya yaradılıb. Həmçinin,Mərkəzi Klinikada kardioloji xəstələrə müalicə məqsədilə kök hüceyrələrin transplantasiya olunması istiqamətində araşdırmalar aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR