Uşaqlarınızı cəsarətli böyütmək üçün bunları edin
Valideynlərin öhdəsinə düşən işlərdən biri də övladlarını yetəri qədər cəsarətli biri olaraq böyütməkdir.
Axşam.az övladlarınıza cəsarət hissini aşılamaq üçün bir neçə üsul təqdim edir:
Fikirlərini və sözlərini aşağılamayın. Onları mümkün qədər ciddiyə almağa çalışın.
Onlara və düşüncə tərzlərinə hörmət etdiyinizi bildirin.
Uşaqlarınıza özlərini və başqalarını ittiham etməyin düzgün olmadığını izah edin.
Hər kəsin bərabərhüquqlu olduğunu bilmələri də əsas şərtlərdəndir.
Övladlarınıza yalan danışmayın. Onlara da yalanın düzgün olmadığını bildirin.
Ətrafda baş verən hadisələrə real yanaşmaq uşaqlarınızın daha tez inkişaf etmələrinə imkan yaradacaq.
Soruşduqları hər suala mümkün qədər ətraflı və geniş cavab verməyə çalışın.
Hər şey haqqında yox, lazımlı olanlar haqqında bilməsi lazım olduğunu öyrədin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət