Uşaqların telefondan çox istifadə etməsi ciddi fəsadlara yol açır
Alimlər valideynlər arasında 2016-cı ildə aparılan milli sorğunun nəticələrini analiz ediblər
BAKI, 3 noyabr — Sputnik. Amerikalı alimlərin araşdırmalarına görə, gündə bir saatdan çox televizor qarşısında oturmaq, smartfon və digər vasitələrin ekranına baxmaq 18 yaşdan aşağı olan şəxslərdə psixoloji xəstəliklər yaradır. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Alimlər valideynlər arasında 2016-cı ildə aparılan milli sorğunun nəticələrini analiz ediblər. Onlardan uşaqlarda davranışların problemli olub-olmaması, onun emosional durumu və inkişafının vəziyyəti, həmçinin ekran qarşısında nə qədər vaxt keçirməsi soruşulub.
Nəticədə mütəxəssislər bu qənaətə gəliblər ki, gün ərzində bir saat ekrana baxmaq uşağın psixoloji durumunun pisləşməsinə kifayət edir. Bu mehribanlığın azalması, özünə nəzarət, emosional münasibətin pozulmasına səbəb olur.
Bundan əlavə, araşdırmalar göstərir ki, ekran qarşısında 7 saat və daha artıq keçirən 14-17 yaşlı uşaqlar ekran qarşısında daha az keçirən uşaqlara nisbətdə daha çox depressiya və narahatlığa meylli olur. Həmçinin ekran qarşısında çox oturan yeniyetmələr digərlərinə nisbətdə daha çox psixotrop dərmanlar qəbul edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət