Slimfit
  1. CƏMİYYƏT

Uşaqların təhlükəli oyuncağı: Qanunsuz “partladanlar” ölkəyə necə gətirilir?

Uşaqların təhlükəli oyuncağı: Qanunsuz “partladanlar” ölkəyə necə gətirilir?
Sakura

Uşaqların təhlükəli oyuncağı: Qanunsuz “partladanlar” ölkəyə necə gətirilir?

İllərdir qadağan olunmasına baxmayaraq, qaçaq yolla ölkəyə gətirilən pirotexniki məhsullar açıq formada alıcılara təklif olunur.

Əsasən, uşaqlar tərəfindən istifadə olunan “partladanlar” olduqca təhlükəlidir. Üstəlik, ölkəyə qanunsuz yolla gətirildiyindən mənşə sertifikatı olmur, təhükəsizliyinə zəmanət yoxdur, istehsalçı şirkət və ölkə naməlumdur. Bu isə təhlükəni daha da böyüdür.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Sakinlər bildirib ki, şəhərdə hazırda bayram ərəfəsidir və pirotexniki məhsullar çox yerlərdə var.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə qeyd edib ki, bu cür vasitələr ölkəyə qeyri-qanuni yollarla gətirildiyi üçün onların hansı təhlükəsizlik göstəriciləri olmadığı üçün onların istifadəsi insanlar üçün olduqca təhlükəlidir:

“Pirotexniki məhsullar Azərbaycanda mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib. Bu məhsulların satışı ilə məşğul olanlar üçün inzibati məsuliyyət nəzərdə tutulub. Lakin işin ağırlığına görə bu cinayət məsuliyyətinə də çevrilə bilər”.

Xatırladaq ki, keçən il də pirotexniki vasitələrdən düzgün istifadə etməməyə görə beş uşaq xəsarət alıb. Onlardan ikisi yanıq xəsarəti, üçü travma müşahidə edilib. Elə bu hadisələrdən dərs alaraq həm özümüzü həm də uşaqlarımızı bu cür maddələrdən uzaq tutsaq, Yeni ili qan-qaraçılıqla yox, xoş əhval-ruhiyyə ilə qarşılamış olarıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR