Slimfit
  1. DÜNYA

Uşaqların ən pis yaşadığı ölkələrin reytinqi açıqlanıb - TOP-10

Uşaqların ən pis yaşadığı ölkələrin reytinqi açıqlanıb - TOP-10
Sakura

Uşaqların ən pis yaşadığı ölkələrin reytinqi açıqlanıb - TOP-10

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və "The Lancet" tibb jurnalının nümayəndələrindən ibarət komissiya uşaqların rifahı baxımından dünya ölkələrinin reytinqini tərtib edib.

"APA-Economics"in məlumatına görə, reytinq hazırlanarkən komissiyanın mütəxəssisləri sağlamlıq, qidalanma və ölkələrin ekoloji vəziyyətini əhatə edən bir sıra göstəriciləri təhlil ediblər. Tədqiqatda qeyd edilir ki, 0 ilə 0,24 arasında olan indeks göstəriciləri ən aşağı rifah səviyyəsini göstərir.

Qeyd olunur ki, dünya ölkələrindən heç biri uşaqları tam rifahla təmin etmir. Şübhəsiz, inkişaf etmiş ölkələrdə uşaqlar ən az inkişaf etmiş ölkələrdəki həmyaşıdlarından daha yaxşı yaşayırlar. Buna baxmayaraq, inkişaf etmiş ölkələrdə ekologiya daha pis vəziyyətdədir, əsasən də atmosferə atılan istixana qazları səbəbindən. 

Uşaqların ən pis yaşadığı 10 ölkə: 

#

Ölkə

İndeks

1

Mərkəzi Afrika Respublikası

0,06

2

Çad Respublikası

0,10

3

Somali

0,12

4

Niger

0,12

5

Mali

0,14

6

Qvineya

0,17

7

Nigeriya

0,18

8

Cənubi Sudan

0,19

9

Syerra-Leone

0,22

10

Əfqanıstan

0,22

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR