Slimfit
  1. TARİXDƏ BU GÜN

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Sakura

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

Tarix

1924 -cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu bəyənnaməni qəbul edilməsində ilk işlər Eglantyne Djebb tərəfindən edilmişdir.

Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda "uşaqlara yardım fondu"nun əsasını qoydu.

 

Bu günü 1 iyun tarixində qeyd edən ölkələr:

Azərbaycan, Albaniya, Əlcəzair, Anqola, Ermənistan, Belarus, Benin, Bolqarıstan, Bosniya və Herseqovina, Slovakiya, Çin Xalq Respublikası, Kamboca, Çexiya, Şərqi Timor, Ekvador, Estoniya, Efiopiya, Gürcüstan, Qvineya-Bisau, Qazaxıstan, Kosovo, Qırğızıstan, Laos, Latviya, Liviya, Makedoniya, Makao, Moldova, Monqolustan, Monteneqro, Mozambik, Myanma, Nikaraqua, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Tome və Prinsipi, Serbiya, Slovakiya, Sloveniya, Tacikistan, Tanzaniya, Türkmənistan, Ukrayna, Özbəkistan, Vyetnam, Yəmən

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR