Slimfit
  1. UŞAQLAR ÜÇÜN

Uşaqlarda yüksək hərarətdən yaranan qıcolma: Bir neçə saniyədən 10 dəqiqəyədək davam edə bilər

Uşaqlarda yüksək hərarətdən yaranan qıcolma: Bir neçə saniyədən 10 dəqiqəyədək davam edə bilər
Sakura

Uşaqlarda yüksək hərarətdən yaranan qıcolma: Bir neçə saniyədən 10 dəqiqəyədək davam edə bilər

Uşaqlarda bədən hərarətinin kəskin qalxması zamanı yaranan qıcolmalar ən çox narahatlıq doğuran hallardan sayılır. Bu, tibbi dildə febril qıcolmalar adlandırılır. Febril qıcolmaların uşaqların təxminən 5 faizində müşahidə olunduğu bildirilir. Məlumatlara görə, əsasən körpəlik dövründə yaranan bu hallar bir çox hallarda 5 yaşa kimi aradan qalxır. Bəs febril qıcolmalar nə zaman yaranır?

Ens.Az e-tibb.az-a istinadən pediatr-infeksionist Həmid Hacıağayevin febril qıcolmalar barədə məqaləsini təqdim edir:

Ümumilikdə, febril qıcolmalarla bağlı proqnoz yaxşıdır. Lakin febril qıcolmalar sepsis və bakterial meningit kimi ağır yoluxucu xəstəliklərin ilkin əlaməti də ola bilər. Febril qıcolmalar 9 aydan kiçik və 5 yaşdan böyük uşaqlarda, demək olar ki, əmələ gəlmir. Febril qıcolmalar əksərən 14-18 ay arası baş verir. Bu halda isə nəsildə qıcolmalara meyillilik (irsi meyillilik) mütləq nəzərə alınır.

Sadə febril qıcolma bədən hərarətinin kəskin şəkildə 39°C və daha çox yüksəlməsi zamanı, qızdırmanın ən yüksək həddində əmələ gəlirlər. Qıcolmalar adətən bir neçə saniyədən 10 dəqiqəyədək davam edə bilərlər, ardından isə qısa süstlüyə səbəb olurlar.

Hansı hallarda febril qıcolmaları atipik (mürəkkəb) qıcolma sayırıq:

- qıcolma 15 dəqiqədən çox davam etdikdə;

- sutka ərzində qıcolma təkrarlandıqda;

- qıcolmadan sonrakı müddətdə ocaqlı simptomlar aşkarlandıqda və s.

Valideynlərin tez-tez verdiyi suallar isə bu qıcolmaların epilepsiya xəstəliyinə aidiyyatı yaxud epileptik qıcolmalara çevrilməsi yöndə olur.

Öncə onu qeyd edim ki, febril qıcolmalara məruz qalmış uşaqlarda epileptik tutmaların əmələ gəlmə riski, febril qıcolmaları heç keçirməmiş uşaqlarla eynidir. Yəni körpənizdə qızdırma qıcolmaları varsa, bu, epilepsiya xəstəliyinin başlanmasına səbəb olmur.

Təbii ki, vəziyyəti ağırlaşdıran bəzi amillər də var:

- qıcolmanın yaxud sonrakı dövrün atipik olması;

- nəsildə epilepsiya xəstəliyinin mövcud olması;

- febril qıcolmaların 9 ayadək baş verməsi;

- uşağın inkişafdan geri qalması yaxud qıcolmaya qədər aşkarlanmış sinir sistemi xəstəliyi.

Qıcolmadan sonra istənilən mənşəli meningit xəstəliyi, yuxarı tənəffüs yollarının viruslu xəstəlikləri, kəskin orta otit və qızılcanı istisna etmək gərəkdir. Yenə də, istənilən halda panikaya düşmək lazım deyil, bunun əvəzinə zamanında həkimə müraciət edərək qıcolmanın səbəbini müəyyən etmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR