Dərc edildi: Baxış sayı: 1983
Uşaqlarda göz zəifliyi nədən yaranır? - Oftalmoloq səbəbləri açıqlayır
Müasir dövrdə görmə zəifliyindən əziyyət çəkənlərin sayı çoxalmaqdadır. Bu problemlə üzləşənlərin içərisində uşaqların da çoxluq təşkil etməsi məsələnin ciddiliyindən xəbər verir. Bu gün orta məktəblərdə siniflərə daxil olarkən eynəkli uşaqların əvvəlki illərə nisbətən daha çox olduğunu görürük.
Elə statistika da deyilənləri təsdiq edir. Belə ki, 2010-cu ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayı 20.773 nəfər idisə, 2017-ci ildə bu rəqəm 36.292 olub.
Bəs gözün zəifləməsinə səbəb olan amillər hansılardır?
Lent.az-ın bu və ya digər suallarını cavablandıran tanınmış oftalmoloq Paşa Qəlbinur bildiridi ki, ilk səbəblərdən biri görmənin gigiyenik qaydalarına riayət olunmamasıdır.
“Öncə gözdə zəifliyin hansı səbəbdən yarandığı müəyyən edilməlidir. Bəzən sinif otaqlarında işıqlandırma dərəcəsi standartlara uyğun gəlmir. Qəd-qaməti düz saxlamayan uşaqlar oturarkən dəftər-kitaba yaxın məsafədən baxırlar ki, bu da görmə qabiliyyətinin zəifləməsinə təsir edir. Çünki uşaq o qədər yaxın məsafəyə baxır ki, göz əzələsi çox yorulur. Kitabı fasilələrlə oxumaq məsləhətdir".
Müsahibimiz deyir ki, geni dəyişilmiş meyvə-tərəvəz, təmiz havada az gəzmək, kompüter və telefonlarla çox məşğul olmaq da gözün zəifləməsinə səbəb olur. Onun sözlərinə görə, körpə yaşlarından uşaqların telefon, planşetlə oynaması nəticəsində göz dincəlmir və görmə zəifləyir: "Gələcəkdə uşaqların belə problemlə üzləşməməsi üçün qeyd olunan bu amillərə mütləq diqqət edilməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət