Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlarda başağrısı: Səbəblər və həlli yolları

Uşaqlarda başağrısı: Səbəblər və həlli yolları
Sakura

Uşaqlarda başağrısı: Səbəblər və həlli yolları

Başağrısı əsasən böyüklərdə müşahidə edilən narahatlıq olsa da, bəzi hallarda uşaqlar da baş ağrısından şikayət edir. Bəzi valideynlər bunu diqqətə almır, hətta bir çoxları hesab edir ki, uşaqlar başağrısı nə olduğunu bilmir.

Axar.az xəbər verir ki, nevropatoloqların fikrincə isə uşaqlarda da başağrıları olur və bu ağrılar səbəbsiz deyil. Nevropatoloq Qalib Əsədovun fikrincə, uşaqlar arasında ən çox başağrısı məktəblilərdə, məhz 1-ci, 5-ci və 10-cu siniflərin şagirdlərində olur.

Həkim bildirib ki, əgər uşağa bu cür başağrılar əziyyət verirsə, çox ehtimal ki, o, dərslərlə bağlı çox güclü zehni və emosional təzyiqə məruz qalır:

“Həyəcan, məyusluq, vasvasılıq, pis əhval-ruhiyə başağrısının olmasının əlamətləridir. O, baş dərisinin altında əzələlərin qeyri-ixtiyari gərginləşdiyi zaman baş verir. Ağrının artması tədricən bütün başı əhatə edir, sanki onu dar dəbilqə sıxır. Uşaq həkimlərin gərginlik ağrısı adlandırdıqları küt, sıxıcı, çatladıcı ağrı hiss edir. Adətən baş günün ikinci yarısı ağrayır. Məhz bu zaman uşaq yorulur və ya onun psixikasını zədələyən xoşagəlməz vəziyyəti yaşayır. Bunun nəticəsində dərhal iş qabiliyyəti aşağı düşür. Yükləmələr orqanizmin imkanlarını üstələyəndə isə xroniki yorğunluq yaranır, stress artır və baş daim ağrıyır”.

Həkim bildirib ki, böyüklərdən fərqli olaraq uşaqlarda olan baş ağrı zamanı içilən dərmanlar ağrını bir müddətlik aradan qaldırsa da, problem həll etmir:

“Ağrıkəsici vasitələr qəbul edərkən başağrısı, əlbəttə, qısa müddətə vəziyyəti düzəldəcək. Buna baxmayaraq, həblər başağrısının səbəbindən azad etməyəcəklər. Üstəlik həblərin qəbulu müntəzəm və nəzarətsiz olsa, ağrı daimi olacaq və daha çətin dözüləcək. Birincisi, uşağın dərs yükünü gözdən keçirmək lazımdır. Uşağı əlavə məşğələlərlə, müxtəlif dərnək və seksiyalarla yükləmək olmaz.

Əgər sizin üçün uşağın məktəbdəki əla qiymətləri vacibdirsə çoxlu dil kurslarından imtina edin. Əgər sizin üçün uşağınızın, məsələn, musiqidə olan görkəmli uğurları vacibdirsə, riyaziyyatdan 3 qiymətinə əhəmiyyət verməyin. Uşağınızdan həyatın bütün sahələrində uğurları olan dahi düzəltməyə çalışmayın. Möhkəm olmayan uşaq psixikası üçün bu pozğunluqlar təhlükəlidir”.

Nevropatoloq daimi yorğunluq və başağrılardan şikayət edən uşaqların valideynlərinə bəzi məsləhətlər də verib:

“Hərdən valideynlərə elə gəlir ki, uşaq tənbəllik edir, lakin bu belə deyil. Ola bilsin ki, o, öhdəsinə düşən çətin işdən yorulur. Buna görə uşaqlarınızı qoruyun və onları həddindən çox yükləməyin. Hərdən uşaq həftənin sonunda yorğunluqdan şikayət edir. Bu arabir baş verirsə, uşaq üçün yüngülləşdirici gün təşkil etməyə çalışın. Bu gün məktəbdən imtina edin, qoyun uşaq yaxşıca yuxusunu alsın, birlikdə parkda və ya meşədə gəzin. Lakin kinoya və ya teatra getməyin və uşağa televizora baxmağa və kompüter qarşısında oturmağa icazə verməyin. Qoyun uşağın beyni dincəlsin. Axşam gələn günə olan dərsləri birlikdə hazırlayın. Lakin bu cür “yüngülləşdirici günləri” tez-tez təşkil etməyin və bu günlər haqqında qərarı yalnız sizin verəcəyinizi unutmayın. Əks halda uşağınız məktəbdən boyun qaçırmağa çalışacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR