Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlara vitamin verilməlidir?

Uşaqlara vitamin verilməlidir?
Sakura

Uşaqlara vitamin verilməlidir?

Mütəxəssislər həkim təyinatı olmadan uşaqlara vitamin verən valideynlərə xəbərdarlıq edib.

İmmunitet.az xəbər verir ki, gərəksiz yerə istifadə edilən vitamin uşağa faydadan çoz zərərdir.

Türkiyəli pediatr Süha Ünüvar, bəzi mineralların qəbul edilməsini vacib bilib.Ancaq ehtiyac olmadan istifadə edilən vitaminlərin istifadəsini isə yanlış addım kimi dəyərləndirib. Onun sözlərinə görə, kalsium, maqnezium, potasium kimi vacib mineralların ana südündə olduğunu və uşağın avtomatik olaraq bunlarla qidalandığını bildirib:

“Mineral əksikliyi baş verən şiddətli ishal zamanı meydana çıxır. Əgər bir problem yoxdursa vitaminlərin əlavə verilməsinə də gərək yoxdur. Ancaq sadəcə ana südü ilə qidalanan körpələrə dəmir vitamini verilə bilər. Çünki bu, ana südünün tərkibində azdır”.

Hər vitaminin xüsusi vəzifəsi olduğunu qeyd edən pediatr 0-1 yaş qrupundan olan uşaqlara D vitamininin verilməyini vacib hesab edib.

“Həkim təyinatı ilə müəyyən miqdarda D vitamini verilməlidir. Digər vitaminlərin əksikliyi uşaqların xəstə olduqları zaman meydana çıxır. Məsələn, B vitamini əksikliyi olarsa həkim əksikliyi düzəldəcək miqdarda vitamini verməyi məsləhət görə bilər. D vitamini isə sağlam körpələrə də verilməlidir. Bu onların əsəb sistemini, sümük quruluşlarına və normal inkişaflarına kömək edir.Valideynlər bilməlidirlər ki, artıq vitamin qəbulu sağlam uşaq mənasını daşımır. Həqiqətən miqdar çox olarsa bu onlarda müxtəlif xəstəliklərə səbəb yarada bilər”,-deyə mütəxəssis vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR