Slimfit
  1. PSİXOLOGİYA

Uşaqlara səbir etməyi necə öyrədək?

Uşaqlara səbir etməyi necə öyrədək?
Sakura
:0

Uşaqlara səbir etməyi necə öyrədək?

Uşaqlara kiçik yaşlardan öyrədilməsi vacib olan xüsusiyyətlərdən biri də səbirdir. Ancaq bu vərdişi uşaqlara izah etmək də, öyrətmək də, ona adət etməsini izah etmək də çox çətindir.

Axar.az xəbər verir ki, mütəxəssislərin fikrincə, uşaqlara səbri öyrətməyin 5 əsas üsulu var. Belə ki, valideynlər özləri hadisələr qarşısında səbirli olduğunu uşağa daim nümayiş etdirməlidir. Uşaqların buna şahid olması üçün şərait yaratmaq lazımdır. "Səbirli ol!" deməklə uşaqlar səbrli olmur. Səbir ilk olaraq gözləməyi öyrənmə müddəti ilə öyrənilir.

Gün ərzində bu vərdişi öyrətmək üçün dəfələrlə fürsət düşür. Yemək vaxtları da bunlardan biridir. Ailədəki hər bir üzv süfrəyə oturana qədər uşaq yeməyə başlamamalı və süfrədən icazə alıb qalxan zaman da hər kəsin yeməyi bitirməsindən əmin olmalıdır.

Səbir və zaman duyğusu bir-biri ilə əlaqəlidir. Saatı və zamanlamanı anlamayan uşağa, məsələn, yemək zamanını 15 dəqiqə kimi izah etmək olar. Məsələn, yemək yediyin zamana qədər gözləyəcəksən...

İnsan xarakterində tələskənlik daim olub. Səbir isə sonradan öyrənilir. 3 yaşından sonra uşaqlarla səbir mövzusunda tez-tez danışmaq lazımdır. Onunla günəşin batmağını izləmək, gecənin necə düşdüyünü müşahidə etmək ona səbirli olmağı öyrədəcək. Məsələn, uşağa izah edin ki, toyuq yumurtaları üzərində yatmasa, cücələri ola bilməz. Dibçəklərdə adi tərəvəzlər əkərək, bar verməsini gözləyə də bilərsiniz.

Uşaqlara Novruz bayramının əsas atributlarından olan səməni cücərtməyi öyrədə bilərsiniz. Ona izah edin ki, səbirlə gözləsə, buğda sonunda yaşıllığa çevriləcək. O, nəticəni gördükcə səbirli olmağı və nəyəsə nail olmaq üçün gözləməyin vacibliyini öyrənəcək.

Uşağın ətrafında çoxlu oyuncaqların olması, söhbətin azlığı doyumsuzluq və səbirsizlik yaradır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR