Uşaqlar üçün qadağan edilən informasiya məhsullarının təhsil müəssisələrindən 150 metrdən az məsafədə…
Gələn il yanvarın 1-dən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilməyəcək.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət