Dərc edildi: Baxış sayı: 730
Uşaqlar üçün ən faydalı qida
Bildirçin yumurtası öz faydaları ilə insanların sevimli qidasına çevrilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məhsul öskürək, astma kimi xəstəliklərlə yanaşı, uşaqların iştahsızlıq problemi ilə də mübarizə aparır. Tərkibindəki çoxsaylı vitamin və minerallar olan bildirçin yumurtası dərini gözəlləşdirir, immuniteti artırır, uşaqlarda beyin inkişafını dəstəkləyir, yaddaşı gücləndirir.
Bildirçin yumurtasının tərkibində toyuq yumurtasından daha çox fosfor və dəmir olduğunu bilirdinizmi? Dadları eyni olsa da, bildirçin yumurtası insan orqanizminə daha çox faydalıdır.
Yumurtanı suda bişmiş şəkildə yemək tövsiyə edilir. Bişirmək üçün 4-5 dəqiqə suda qaynatmaq kifayətdir. Uzun müddət bişirildikdə tərkibindəki vitaminlər parçalanır.
Böyüklərdə bronxit zamanı 1 fincan südə 1 çiy yumurta, 1 ç.q bal əlavə edərək içmək çox faydalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət