Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlar koronavirusun gizli daşıyıcılarıdır

Uşaqlar koronavirusun gizli daşıyıcılarıdır
Sakura

Uşaqlar koronavirusun gizli daşıyıcılarıdır

Koronavirusa yoluxan uşaqlarda simptomlaı özünü zəif şəkildə göstərir. Eyni zamanda, onların infeksiyanın gizli daşıyıcıları olduqları aşkarlanıb. Çinli alimlər müəyyən araşdırmalardan sonra belə qənaətə gəliblər.

Mütəxəssislər koronavirusa yoluxmuş xəstələrlə yaxından təmasda olmuş və ya yoluxma halları qeydə alınan ailə üzvləri olan iki aylıqdan 15 yaşa qədər 745 uşaq arasında tədqiqat aparıb.


Yoxlamalardan sonra cəmi 10 uşağa (1,3 faiz) koronavirus diaqnozu qoyulub, lakin onların heç birində ciddi simptomlar müşahidə edilməyib. Yeddi uşaqda temperatur 39 dərəcəni keçməyib.

Alimlər qeyd edirlər ki, bəzi hallarda uşaqlarda boğaz ağrısı, öskürək və burun tutulması olur, lakin yetkin xəstələrin əziyyət çəkdiyi əzələ və baş ağrısı müşahidə edilməyib. Döş qəfəsinin rentgeni uşaqların heç birində sətəlcəm əlamətləri göstərməyib.

Bununla belə, virusa yoluxmuş uşaqların digər uşaqları uzun müddət sonra da yoluxdura bilmə ehtimalı var.

Xəstəxanadan buraxılarkən uşaqlarda burun və boğazdan götürülən yaxma analizləri onlarda koronavirusun olmadığını göstərsə də, 13 gün sonra nəcislərində virus müəyyən edilib. Bu da uşaqların gizli şəkildə virus daşıyıcısı olduğunu sübut edir.

Mənbə: Polemika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR