Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlar immuniteti gücləndirən D vitaminini necə qəbul etmək lazımdır?

Uşaqlar immuniteti gücləndirən D vitaminini necə qəbul etmək lazımdır?
Sakura

Uşaqlar immuniteti gücləndirən D vitaminini necə qəbul etmək lazımdır?

"D vitamini immun sistemi üçün çox önəmli vitamindir. D vitamininin əsas qaynağı Günəş işığıdır, qidalardan bu vitamini çox qəbul edə bilmirik". 

Ens.az e-tibb.az-a istinadən xəbər verir ki, bunu peditar, tibb üzrə fəlsəfə doktoru Əli Quliev APA TV-nin “Öncə sağlıq” proqramında deyib. Onun sözlərinə görə, məhz D vitamini sintezinə görə pəncərədən düşən Günəş işığının da faydası yoxdur. D vitamini sintezi üçün birbaşa Günəş şüası qəbul etmək lazımdır. Həkim deyib ki, karantin rejimi ilə bağlı uşaqlar mart-aprel aylarında havaya çıxmadığına görə, D vitamini çatışmazlığının yaranması mümkündür: “D vitamini çatışmazlığı immun sistemini zəiflətdiyi üçün biz profilaktik olaraq uşaqlara D vitamini verilməsini tövsiyə edirik.Artıq yaydır və karantin rejimində də yumşalma olduğuna görə uşaqlar havaya çıxır. Həftədə heç olmasa 3 dəfə uşaqların Günəş altında qalması orqanizmdə yetərincə D vitamini yaradır. Yəni uşaq həftədə 3 dəfə ən 20 dəqiqə olmaqla Günəşə çıxırsa, yay aylarında əlavə D vitamini qəbul olunmaya bilər. Yox, əgər uşaq bütün günü evdə oturursa, D vitamini qəbul etməlidir. Amma payızdan sonra bütün uşaqlara D vitamini vermək tövsiyə edilir”.

Pediatr səhərlər saat 10-11-ə qədər, ya da günorta 16-dan sonra Günəşə çıxmağı və mütləq Günəş qoruyucu kremlərdən istifadə etməyi tövsiyə edib.

Proqramın digər qonağı -pediatr-neonatoloq, uzman həkim Əkbər Quliyev ana südündə D vitamininin az olduğunu nəzərə alaraq profilaktiki olaraq yeni doğulan uşaqlara bu vitaminin təyin olunduğunu deyib: “D vitamini ümumi olaraq immun sisiteminin stimulyatoru kimi çıxış edir. Hətta hazırda koronavirusun müalicəsində belə D vitamini təyin olunur. Beynəlxalq səhiyyə qurumlarının da 3 yaşına qədər uşaqlara D vitamini verilməsi ilə bağlı tövsiyələri var".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR