Slimfit
  1. CƏMİYYƏT

Uşaqlar arasında mövsümi xəstəliklərin sayı kəskin azalıb – BAŞ PEDİATR

Uşaqlar arasında mövsümi xəstəliklərin sayı kəskin azalıb – BAŞ PEDİATR
Sakura

Uşaqlar arasında mövsümi xəstəliklərin sayı kəskin azalıb – BAŞ PEDİATR

“Ötən illərlə müqayisədə bu il uşaqlar arasında mövsümi xəstəliklərin sayı kəskin azalıb”.

Bunu Modern.az-a açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev bildirib.

N.Quliyev bunu koronavirus təhlükəsilə bağlı ümumtəhsil müəssisələrinin bağlı olması ilə əlaqələndirib:

“Biz adi vaxtlarda da çağırış edirdik ki, xəstə uşaqları bağçalara, məktəblərə aparmayın.

İndi uşaqlar kollektivlərdə olmadığı üçün daha az xəstələnirlər. Çünki xəstə uşaqla təmas yoxdur. Hazırda xəstəxanalara respirator infeksiya diaqnozu ilə yerləşdirilən uşaqların sayı da kəskin azalıb”.

Baş pediatr valideynlərə müraciət edərək, xəstə uşaqları vaxtında həkimə aparmağı tövsiyə edib:

“İlk növbədə uşaqları qorusunlar ki, xəstələnməsinlər. Xoşagəlməz olsa da, koronavirus hamımız üçün bir ekspertiment oldu.

Son tədbirlər onu göstərir ki, uşaqlara daha çox diqqət ayrılanda, gigiyenik qaydalara riayət ediləndə onlar daha az xəstələnirlər. Ona görə də tibb içilərinin dediklərinə əməl etmək lazımdır. Biz onların zərərinə səbəb olacaq nəsə etmərik. Hər sahənin öz mütəxəssisi olur. Ona görə də mütəxəssisin sözlərinə qulaq asmaq lazımdır.

İndi bəzi nənələr var, gəlinə deyir “həkim kimdir, özünə gülür, savadsızın biridirlər. Mən nə deyirəm onu elə”.

Ona görə də bəzən xəstə uşağı evdə müalicə etməyə cəhdlər olur, ağır nəticələrini də hamımız görürük. Təsəvvür edin ki, xəstə uşağın evdə saxlanılması özü ilə bərabər onun əhatəsində olanlara ziyan ola bilər. Bu xəstəliyi vaxtında müəyyən edib, vaxtında müalicə aparmaq lazımdır. Uşağı yayındırırlarsa, uşağın özünə və ətrafındakılara zərər verirlər”.

Baş pediatr qeyd edib ki, ümumilikdə dünyada koronavirusla bağlı görülən məhdudlaşdırıcı tədbirlər ekoloji vəziyyətin stabilləşməsinə müsbət təsir göstərir:

“Venesiyanın sularında son 50 ildə ilk dəfə balıqlar görünməyə başlayıb. Yaxud İstanbulun ekologiyası üçün həmişə qırmızı işıq yandığı halda, indi yaşıl işıq yanır.

İnsan faktorunun, təmasların azalması, gigiyenik qaydalara riayət edilməsi buna çox müsbət təsir göstərir. Koronavirusuna acı tərəfləri daha çox olsa da, müsbət tərəfləri də var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR