Slimfit
  1. AZƏRBAYCAN

“Uşaq yaşlarında sinir sisteminin xəstəlikləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək

“Uşaq yaşlarında sinir sisteminin xəstəlikləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək
Sakura

“Uşaq yaşlarında sinir sisteminin xəstəlikləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək

Uşaq ölümlərinin səbəbləri sırasında sinir xəstəlikləri ilk sıralarda yer tutur. Həmin problemlərin kökündə həm bətndaxili, həm də doğuşdan sonra baş verən travmalar və bir çox somatik xəstəliklər dayanır. Burada, həmçinin ailədaxili münaqişələr, valideyn-uşaq münasibətlərində düzgün olmayan stereotiplər də uşaqlarda sinir pozuntularına səbəb olur. Uşaqların qidalanması da sinir sisteminə təsir göstərən amillərdəndir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, dekabrın 20-də institutun akt zalında “Uşaq yaşlarında sinir sisteminin xəstəlikləri” mövzusunda keçiriləcək elmi-praktik konfrans bu məsələlərə həsr olunacaq.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutlarının birgə təşkilatçılığı ilə keçiriləcək konfransda pediatr, neonatoloq, nevropatoloq və psixiatrlar iştirak edəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR