Slimfit
  1. AZƏRBAYCAN

Uşaq pulu məsələsi nə yerdə qaldı? - İqtisadçı ekspertlər danışır

Uşaq pulu məsələsi nə yerdə qaldı? - İqtisadçı ekspertlər danışır
Sakura

Uşaq pulu məsələsi nə yerdə qaldı? - İqtisadçı ekspertlər danışır

Bu gün Azərbaycan əhalisindən gələn sosial çağırışlar sırasında ən çox dilə gətirilən və müzakirə olunan uşaq pulu məsələsidir. Hökumətdən hələ ki, bu məsələ ilə bağlı adekvat reaksiya verilməsə də, ekspertlər uşaq pulunun verilməsini vacib hesab edirlər.

Qeyd edək ki, Azərbaycanda “uşaq pulu” sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan “uşaq pul”unun verilməsi dayandırılıb. Bundan sonra hökumət ünvanlı sosial yardım sisteminə keçib. Ancaq ümumi ictimai rəy onu göstərir ki, əhali uşaq pulunun verilməsini istəyir. 

İqtisadçı ekspert Rəşad Həsənov hazırda dövlət büdcəsinin uşaq pulunun verilməsi üçün imkanlara malik olduğunu bildirdi. İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da bu məsələnin mərhələli şəkildə həllinə tərəfdar olduğunu vurğuladı.

Xatırladaq ki, hazırda ölkəmizdə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir. Bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir. Bu, illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq məbləğ nisbətən aşağı olacaq. Təkliflər əsasən 23 yaşadək uşaqlar üçün 80 manat, 4 yaşdan məktəbəqədər yaşadək 50 manat, məktəblilər üçün aylıq 40 manat uşaq pulunun verilməsidir.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA
Elçin ƏKBƏROV
Musavat.com

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR