Slimfit
  1. AZƏRBAYCAN

“Uşaq pulu” bərpa oluna bilər – Milli Məclisdə müzakirəyə çıxarılacaq

“Uşaq pulu” bərpa oluna bilər – Milli Məclisdə müzakirəyə çıxarılacaq
Sakura

“Uşaq pulu” bərpa oluna bilər – Milli Məclisdə müzakirəyə çıxarılacaq

Bu günlərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına 100 valideyn adından “uşaq pulları”nın artımı ilə bağlı parlamentə müraciət edib. Müraciətin təşəbbüskarı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Əpoş Vəliyev bizimyol.info-ya bildirib ki, Azərbaycanda uşaqlara dövlət tərəfindən verilən müavinətin bərpa edilməsi məsələsi parlamentdə müzakirəyə çıxarılacaq.

Onun sözlərinə görə, müraciətə deputatalar Fazil Mustafa və Adil Əliyevdən müsbət cavab gəlib və bu məsələni Milli Məclisdə gündəmə gətirəcəklərini bildiriblər.

“Hazırda yeni doğulan uşağın doğum xərci rayonlarda təxmini 400 manat, paytaxtda isə 800-1000 manatdır. Ananın hamilə vaxtı müayinə, doppler, UZİ, analiz xərclərini, uşağın doğumdan sonrakı aylarda həkim müayinəsi, uşaq üçün çarpayı, uşaq arabası, uşaq bezi, geyim, əmzik, süd butulkası, ana südü ilə təmin edilməyən uşaqlara veriləcək uşaq yeməyini də bunun üzərinə gəldikdə böyük bir məbləğ alınır. Uşağın doğulduğu ilk ayın bu qədər çox xərcli olduğunu nəzərə alaraq birdəfəlik müavinətin miqdarı da artırılmalıdır. Hazırda 109 manat verilir ki, bugünki qiymətlərin qarşılığında çox cüzi məbləğdir. 109 manat heç uşaq bezinin pulunu ödəmir”,-deyə Ə.Vəliyev bildirib.

Onun sözlərinə görə, uşaq pulunun ləğv edilməsinin ən böyük və mənfi təsiri ailələrdə uşaq sayının azalmasıdır: “Keçmişdə hər bir ailədə 6-10 uşaq doğulurdu. Bugün hansısa ailədə 5 uşaq olduğunu eşidəndə hər kəs təəccüblənir. Tanıdığım ailələrin heç biri üçüncü uşağı dünyaya gətirmək istəmir. Çünki uşaq saxlamaq çətin, məsuliyyətli və xərc tələb edən bir prosesdir. Digər tərəfdən uşaq pulu ailələrə maddi dəstək idi. Həmin pulla uşaqların qidalanması, müayinəsi üçün lazımi ləvazimat və ərzaqlar alınırdı”.

Ə.Vəliyev qeyd edib ki, uşaq pulu bərpa edilərsə həmin pulla uşaqları vaxtında müayinəyə aparmaq, onlara lazım olan geyim, ləvazimat və qidaların alınması daha rahat olacaq: “Uşaq pulunun bərpası həm də ailələrdə uşaq sayının artması üçün lazımdır. Bizim torpaqlarımız işğal olunduğu üçün biz hər an müharibə edə bilərik. Müharibə etmək üçün çox sayda əsgər lazımdır. Amma bugün ailələrdə doğulan uşaqların sayı azaldıqca, gələcək Azərbaycan əsgərinin də sayı azalır. Digər tərəfdən bugün uşaq pulu verilməlidir ki, valideyn uşağı sağlam və güclü, hərtərəfli böyüdə bilsin. Çünki uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi sağlam, bilikli və güclü yetişdirməliyik. Biz valideynlər hər bir uşaq üçün ayda 100 manat, birdəfəlik müavinətin isə 1000 manat verilməsi üçün Milli Məclisə müraciət etmişik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR