Slimfit
  1. SİYASƏT

Uşaq bağçalarında bəzi çatışmazlıqlar aşkar edilib

Uşaq bağçalarında bəzi çatışmazlıqlar aşkar edilib
Sakura

Uşaq bağçalarında bəzi çatışmazlıqlar aşkar edilib

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, layihəni həyata keçirən mütəxəssislər, mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli seminar-müşavirə keçirilib. 

Report”un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan danışıb, paytaxtın məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tapşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatdığını bildirib:

"Valideynlər evdən çıxmayaraq innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər. Pilot layihə kimi seçilən Nizami rayonunda on gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcək. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcək". 

E.Həbibullayev qeyd edib ki, hazırkı layihənin ikinci mərhələsində isə istifadəçinin “Elektron kabinetinin” yaradılması nəzərdə tutulub: "Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prosesi barədə foto-video hesabatları da əldə edə biləcəklər. Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr sadələşəcək. Arzu edənlər elektron formatda təklif və iradlarını bildirərək müraciətin baxlıması prosesinə nəzarət edə bilərlər". 

Tədbir zamanı eləcə də Qida Təhlükəsizliyi Agentliyi ilə məktəbəqədər təhsil müəssisələrində birgə aparılan monitorinqlərin nəticələri müzakirə edilib, bu sahədə vəziyyət ötən illərə nisbətən daha qənaətbəxş olduğu bildirilib. Bununla belə yoxlamalar zamanı bəzi çatışmazlıqlar aşkar edilib və onların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib. Əlavə olaraq, bağçalarda təlim-tərbiyə prosesini əhatə edən yeni innovasion layihələr və yeniliklər də hazırlandığı bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR