Uşağınız ərköyün xarakterlidir?
Övladınız sizə qulaq asmır və yalnız lazım bildiyini edir? Əgər belədisə, bunun müxtəlif səbəbləri ola bilər. Bəzən də elə olur ki, hər istəyi yerinə yetirilən uşağın xarakteri düz göz önündəcə korlanır. Övladınızın ərköyün olub-olmadığını müəyyən etmək istəyisizsə, bu testi sınaqdan keçirin.
“Bəli”cavabı üçün 2 bal əlavə edin, “xeyr” cavabı üçün isə ballar əlavə edilmir.
- Tez-tez siz uşaq üçün yeməyə xüsusi nəsə hazırlamaq məcbur olursunuzmu?
- Yaxşı qiymətlər üçün hədiyyələr edirsinizmi?
- Siz övladınıza zərərli məhsullar (çipslər, kola) məhz o çox sevdiyi üçün icazə verirsiz ?
- Sizin uşağınız ürəyi istəyən vaxt yatır?
- Münaqişə yarananda, siz həmişə hesab edirsiz ki, o, haqlıdır)?
- Uşağınız çox böyük pula aldığınız gödəkcəni məhz onun xoşuna gəlmədiyi üçün geyinmir?
- Siz həmişə övladızın səpələnmiş oyuncalarını və əşyalarını yığışdırırsız?
- Uşağınız sizi ona az pul verməkdə qınayır?
- Siz tez-tez müəllimləri uşağınıza haqsız münasibətdə olmaqda ttiham edirsiniz?
- Əgər uşaq yorğun olduğu üçün sizdən məktəbə göndərməməyi xahiş edirsə razılaşırsızmı?
Alınmış balları cəmləyin.
0-6: Tərbiyənizdəki taktika qüsursuzdur: uşağınız tamamilə ərköyün deyil. Ancaq təhlükə var ki, ciddilikdə həddi aşasız. Nə də
olsa, uşaqları vaxtaşırı nazlamaq lazımdır.
8-12: Uşağını nazlama xoşunuza gəlir. Uşağınız sevgi və mehribanlıqla tərbiyə olunur. Nazlayın amma unutmayın ki, hər şeyin
ölçüsü olmalıdır. Başqa cür uşaq sizin kontrolunuzdan çıxacaq.
14-20: Siz ərköyünlüyün sərhədlərini keçmisiz və uşaq sizin kontrolunuzdan çıxıb. O sizi istədiyi ki,idarə edir və tezliklə səmadan ulduzları tələb edəcək. Dayanın, hələ gec deyil. Yox deməyi öyrənin Vəziyyət bunu tələb edir. Hələ hər şey itirilməyib.
Mənbə: Gəncailə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət