Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşağınız dişlərini qıcayırsa…

Uşağınız dişlərini qıcayırsa…
Sakura

Uşaqlarda diş qıcırdatma – elmi adı ilə desək, bruksizimdir

Uşaqlarda diş qıcırdatma – elmi adı ilə desək, bruksizimdir. Bruksizim dişlərin bir birinə sürtülməsinə, sıxılmasına deyilir. Tam səbəbi bilinmir, ancaq təsir edən bir sıra faktorlar var.

Axar.az xəbər verir ki, stomatoloji problemlərdə (çürük diş, damaq problemlərində), diş çıxarma dönəmində diş qıcama halları baş verə bilər.

Psixoloji səbəblər sırasında stressli mühitdə böyüyən uşaqlarda, məktəbdə uğursuzluğu olan, valideynləri tez tez mübahisə edən uşaqlarda müşahidə edilə bilər.

Diqqət əskikliyi və hiperaktiv uşaqlarda, reflüsu olan uşaqlarda diş qıcırdatma çox rast gəlinir. Həmçinin qulaq ağrısı, otit zamanı da uşaqların diş qıcırdatması yaşanır.

Pediatrlar bildiri ki, əgər qıcırdatma ilə bərabər, ağızdan su axması, anal nahiyyədə qaşınma, qarın ağrısı, iştahsızlıq da varsa, qurddan şübhələnmək lazımdır. Burunla nəfəs alınmasına maneə olan hallarda allergik rinit, adenoid olan uşaqlarda da diş qıcaması olur.

Bruksizimin özəl müalicəsi yoxdur, sadəcə şərait yaradan səbəb varsa, aradan qaldırılmalıdır. Bu hal uzunmüddətli davam edərsə, stomotoloqun və pediatırın baxışı məsləhətdir. Çünki bu vəziyyət uzun müddət davam etdikdə dişlərdə yeyilmələr, çeynəmə əzələlərində ağrı yarana bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR