Slimfit
  1. MARAQLI

Uşağın iştahasını necə artırmaq olar?

Uşağın iştahasını necə artırmaq olar?
Sakura

Uşağın iştahasını necə artırmaq olar?

Əksər valideynlər övladlarının, xüsusilə də ailənin ilk uşağının iştahasının zəifliyindən şikayətlənir. Bəs bunu necə həll etmək olar?

Foodinfo.az bu suala cavab tapmağa çalışıb.

Mütəxəssislərin fikrincə, iştahanın azalmasının ən başlıca səbəbi qida rejiminin pozulmasıdır. Yadda saxlayın ki, kiçik yaşlı uşaqların iştahası dəyişkən olur. Bu, xüsusən həssas uşaqlara aiddir. Belə ki, müəyyən vaxt uşaq həvəslə yeyir, birdən heç bir səbəb olmadan yeməyə qarşı həvəsi itir və müəyyən müddət sonra yeməyə başlayır. Ancaq valideynlər uşağa yeməkarası bir şey (məsələn, şirniyyat) versələr, daha qorxulusu isə güclə, dilə tutaraq yedirtsələr yaxşı nəticə əldə edə bilməzlər. Uşaqda qidaya qarşı neqativ münasibət möhkəmlənibsə, bu, cür hərəkətlər onda qusma halına keçə bilər.

Image result for детский аппетит

Yaşın psixoloji xüsusiyyətini də nəzərə almaq lazımdır. Südəmər uşaq ac olanda, yemək vaxtı çatanda ağlayır və yeməyincə onu ovundurmaq olmur. Ancaq bir və birdən çox yaşı olan uşaqlar oyuncaqlara başı qarışanda yeməyi yada salmır. Ona görə də onu birdən-birə oyuncaqlardan ayırıb, yeməyə oturtmağa cəhd etməyin. Bəs nə etməli? İlk olaraq oynayan uşağın fikrinin dağılmasına yardımçı olmaq lazımdır. Oynayaraq yedirdilən uşaqda qida pis mənimsənilir  və ən əsası bu adət halını alır. Qeyd edək ki uzun çəkməyən iştahasızlığa sakit yanaşmaq lazımdır. Belə vaxtda uşağa tez-tez və az miqdarda çox xoşladığı yeməyi vermək lazımdır. Axı, yemək istəməyəndə dolu boşqabı görmək xoşa gəlmir. Ona görə də masaya iki yeməyi eyni vaxtda qoymaq məsləhət deyil. Onu da nəzərə almaq lazımdır ki, yeməklər boşqabda bəzənmiş formada verilsə yaxşı nəticə əldə etmək olar. Əlbəttə, uşaq bilməlidir ki, ağzı dolu olan zaman danışmaq olmaz. Ancaq sakit və mehriban söhbət də çox vacibdir. Söhbəti diqqəti yayındıran mövzuda aparmaq, sıyıq, şorba, püre haqqında kiçik nağıl da danışmaq olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR