Slimfit
  1. İDMAN

“US Open” turnirinin qalibi Novak Cokoviç yeni reytinq sıralamasında üçüncü pilləyə yüksəlib

“US Open” turnirinin qalibi Novak Cokoviç yeni reytinq sıralamasında üçüncü pilləyə yüksəlib
Sakura

Peşəkar Tennis Asosiasiyası (ATP) sentyabrın 11-də yeni reytinq siyahısını açıqlayıb.

Peşəkar Tennis Assosiasiyası (ATP) sentyabrın 11-də yeni reytinq siyahısını açıqlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “US Open” turnirində qalib gələrək xallarını 6445-ə çatdıran serbiyalı Novak Cokoviç dördüncü pillədən üçüncü sıraya yüksəlib.

Final görüşündə Novak Cokoviçə məğlub olan argentinalı tennisçi Xuan Martin del Potro isə bir pillə geriləyib. O, 5980 xalla dördüncü yerdə qərarlaşıb.

ATP-nin reytinq sıralamasına 8760 xalla ispaniyalı tennisçi Rafael Nadal başçılıq edir. Aktivində 6900 xal olan isveçrəli Roje Federer isə ikinci pillədə yer alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR