Slimfit
  1. DÜNYA

Ursula von der Leyen: "Avropa həyatı uğrunda mübarizə aparır"

Ursula von der Leyen: "Avropa həyatı uğrunda mübarizə aparır"
Sakura

Ursula von der Leyen: "Avropa həyatı uğrunda mübarizə aparır"

"Avropa həyatı uğrunda mübarizə aparır".  

APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu gün Avropa Parlamentində çıxışında deyib.

O, koronavirus pandemiyası ilə əlaqədar bir çox parlamentarilərin iştirak edə bilmədiyi, nisbətən boş Avropa Parlamentində çıxışı zamanı bildirib ki, dünya çox dəyişib: "Bizim son görüşümüzdən bəri dünya çox dəyişib. İndi üzləşdiyimiz COVID-19 bloka üzv 27 ölkə üçün dönüş nöqtəsidir. İndi atdığımız addımlar həqiqətən vacibdir. Aİ-nin əsasını, gələcəyini indi verəcəyimiz qərarla müəyyən edəcəyik”.

Aİ Komissiyasının prezidenti tibbi avadanlıqların digər ölkələrə ixracını dayandıran, ümumavropanın virusla mübarizəsinə qoşulmayan ölkələri tənqid edib: "Avropanın bir-birinə ehtiyac olduğu bir zamanda onlar öz qayğılarına qaldılar, özlərini düşündülər. Tarix bizi izləyir. Bu, vətəndaşlar və üzv ölkələr üçün hər zaman səylə çalışan həmin Avropadır. Bu, fövqəladə zamanda eqoist davranmayan, təkcə özünü düşünməyən Avropadır”.

O ehtiyatda olan tibbi avadanlıq və maskaların İspaniya və İtaliyada çatışmazlığın aradan qaldırılması üçün sərf ediləcəyini də bildirib.

Avropa Komissiyasının prezidenti tibb bacılarına, həkimlərə, sürücülərə, mağaza işçilərinə və virusla mübarizədə ön cəbhədə olan digər şəxslərə təşəkkür edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR